У нас вы можете посмотреть бесплатно Qaraciyərə QURD Necə Düşür ? - BAXIN! или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Ramil Nadirov Facebook: / ramilnadirov.az İnstaqram: phd_ramil_nadirov Tel: 050 386 97 66 e-mail: [email protected] Exinokokk xəstəliyi lentşəkilli exinokokk qurdlarının törətdiyi parazitik xəstəlikdir. Bu bütün dünyada yayılmış xəstəlikdir, amma bəzi regionlar isə bu xəstəlik üçün endemik hesab olunur. Bu regionlarda adətən heyvandarlıqla məşğulluq üstünlük təşkil edir. Endemik olmayan zonalarda bu xəstəliyə rast gəlinməsi imiqrasiya edən insanlar hesabına olur. İki növü geniş yayılıb və insanlarda rast gəlinir: sistli exinokokkoz və alveolyar exinokokkoz. Exinokokk parazitinin yetkin formaları –sestodları itlərin və digər yırtıcıların (pişik, canavar) nazik bağırsağında yaşayır. Onlar bu qurdun əsas sahibi hesab edilir. Bu qurdların yumurtaları nəcislə birlikdə xaricə düşür və bu yumurtalar otu və qida kimi istifadə edilə bilən digər şeyləri bulaşdırır. Bunlara içməli su da aid edilə bilər. Bu qurdların aralıq sahibi adətən qoyunlar və keçilər olurlar. Bu qida məhsulları aralıq sahibi olan qoyun və keçilər tərəfindən qəbul edildikdə onlar bu parazitə yoluxurlar. İnsanlar da gigyenik qaydalara əməl etməməklə bu qidaları qəbul etdikdə təsadüfü aralıq sahibə çevrilir. Ağızdan həzm yoluna düşmüş yumurtalardan çıxan sürfələr bağırsaqdan qana və limfa damarlarına keçir və bu yolla da qaraciyərə çatır. Bu sürfələr adətən qaraciyərdə xəstəlik törədir. Əgər onlar qaraciyərdən də keçib qan dövranına qoşularlarsa digər bütün orqanları yoluxdurmaq potensialına malik olurlar. Bu orqanlar adətən ağciyər və beyin olur. Orqanlara daxil