У нас вы можете посмотреть бесплатно XÜSUSİ KOMİSSİYA QUBADA VƏZİYYƏTİ ARAŞDIRIB или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Quba “Soyqırımı memorial kompleksi”ndə mövcud vəziyyətin araşdırılması və görüləcək işlər barədə təkliflərin hazırlanması üçün yaradılan komissiyanın üzvləri Qubada olublar. Komissiyanın sədri, Azərbaycan prezidentinin köməkçisi Əli Həsənovun rəhbərlik etdiyi heyət “Soyqırımı memorial kompleksi”ni və kütləvi məzarlığı ziyarət edib. Komissiya üzvləri “Soyqırımı memorial kompleksi”nin məzarlıq hissəsində insan sümüklərinə və sürüşmə hallarının aktivləşdiyi ərazilərə baxış keçiriblər. Sonra Quba Rayon İcra Hakimiyyətində keçirilən iclasda kompleksin məzarlıq hissəsində yaranmış mövcud vəziyyətlə bağlı müzakirələr aparılıb, komissiya üzvlərinin təklifləri dinlənilib. Memorial kompleks XX yüzilliyin əvvəlində ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımı, etnik təmizləmə, dinc əhalinin amansızlıqla qətlə yetirilməsini faktlarla əks etdirən muzey və kütləvi məzarlıqdan ibarətdir.Kompleks erməni millətçilərinin cinayətkar əməllərinin dünya ictimaiyyətinə çatdırılmasında, həmçinin Azərbaycan xalqının gələcək nəsillərinin qan yaddaşının qorunmasında və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynayır. Qeyd edək ki, Quba şəhərindəki “Soyqırımı memorial kompleksi”nin məzarlıq hissəsindəki ərazidə açıq havada qalan insan sümüklərinin son vaxtlar təbii proseslər nəticəsində çürüməsi, torpağın eroziyaya uğraması və sürüşmə hallarının aktivləşməsi müşahidə olunur. Prezident İlham Əliyev kompleksdəki mövcud vəziyyətin araşdırılması və baş verən proseslərin qarşısının alınması məqsədilə müvafiq tapşırıq verib. Dövlət başçısının tapşırığına uyğun olaraq, xüsusi komissiya yaradılıb. Komissiya araşdırmanın nəticələrini və görüləcək işlər barədə təklifləri bir ay müddətində Prezident Administrasiyasına təqdim etməlidir.