У нас вы можете посмотреть бесплатно Mohammad Hosseun Poyanfar. محمد حسين پویانفر Hüseyn Can или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Mohammad Hosseun Poyanfar. محمد حسين پویانفر Hüseyn Can #yahussain #yahussein ☛Sosial şəbəkələrdə bizə qoşulun və izləyin ☛Rəsmi instagram səhifəmiz: arbaeen.az ☛Rəsmi Telegram səhifəmiz: https://t.me/arbaeen.az ☛✉[email protected] @arbaeenaz Kərbəla vaqiəsi (ərəbcə: واقعة الطف) və yaxud Kərbəla hadisəsi, İmam Hüseynlə (ə) əshabının, Küfə qoşunu ilə döyüşüdür. Kərbəla vaqiəsi hicrətin 61-ci ili Məhərrəm ayının 10-u, imam Hüseynin (ə), Yezid ibn Müaviyə ilə beyət etmədiyi üçün baş vermiş hadisədir, Kərbəla hadisəsi imam Hüseynin (ə) və səhabəsinin şəhadəti və əhli-beytinin əsir düşməsilə nəticələnmişdir. Kərbəla vaqiəsi, islam tarixinin ən ağır hadisəsi sayılır; odur ki, şiələr ən böyük və möhtəşəm əzadarlıq mərasimlərini məhz bu hadəsin ildönünmündə qeyd edirlər. Kərbəla vaqiəsi, hicrətin 60-cı ili, Rəcəb ayının 15-i Müaviyənin ölümü və onun oğlu Yezidin hakimiyyətə gəlməsilə başlamışdır və əsirlərin Mədinəyə qaytarılması ilə sona çatmışdır. Mədinə höküməti imam Hüseyndən (ə) Yezid üçün beyət almağa çalışırdı; odur ki, Hüseyn ibn Əli (ə) çıxış yolu olaraq, gecə ilə Mədinəni tərk edib, Məkkəyə doğru hərəkət etdi. Bu səfərdə imam Hüseynin (ə) əhli-beyti və o cümlədən Bəni Haşim tayfasından və şiələrdən olan bir sıra insanlar da o həzrətlə birlikdə hərəkət etdilər. İmam Hüseyn (ə) təxminən dörd ay Məkkədə qaldı. Bu müddət ərzində, Küfə camaatından dəvətnamələr əldə edirdi. İmam bu məktublardan xatircəm olmaq üçün, Müslim ibn Əqili Küfəyə, Süleyman ibn Rəzini isə Bəsrəyə doğru göndərdi. Məkkədə imam Hüseynin (ə), Yezid tərəfdarları tərəfindən terror olunması ehtimalını nəzərə alaraq, eləcə də Kufəlilərin dəvəti və imamın səfiri Muslim ibn Əqil tərəfindən göndərilən məktubların məzmunca doğruluğunu təsdiqləndiyi üçün, imam Hüseyn (ə) Zilhiccə ayının 8-i Küfəyə doğru hərəkət etdi. İmam Hüseyn (ə) Küfəyə çatmamışdan əvvəl, Küfəlilərin əhd-peymanlarında sabit olmadıqlarından xəbər tutdu; odur ki, Hürr ibn Yezid Riyahinin qoşunu ili qarşı-qarşıya gəldiyini görüb, Kərbəlaya tərəf hərəkət etdi Burada da yenə Ömər ibn Sədin qoşunu ilə qarşılaşdı ki, Abdullah ibn Ziyad, onları imam Hüseynə (ə) qarşı göndərmişdi. Aşura günü kimi tanınmış məhərrəm ayının 10-cu günü, iki qoşun qarşı-qarşıya gəlib döyüşdülər. İmam Hüseyn (ə) və səhabələri şəhid olduqdan sonra, Ömər ibn Sədin qoşunu o həzrətin cansız bədənin üstündən at sürdürdülər; beləliklə Aşura günü, gün batan vaxtı Yesidin qoşunu, imam Hüseyn (ə) xeymələrinə hücüm edib xeymələri yandıraraq o həzrətin əhli-beytini əsarətə götürdülər. Həzrət Zeynəb (s) və xəstəlik üzündən döyüşə gələ bilməyən imam Səccad (ə) əsirlər arasında idilər. Ömər ibn Sədin qoşunu, şəhidlərin başlarını nizələrə vurub, əsirlərlə birlikdə Kufəyə, Abdullah ibn Ziyada və ondan sonra Yezid üçün Şam şəhərinə apardılar. Kərbələ şəhidlərinin cəsədləri, Ömər Sədin qoşunu getdikdən sonra, Bəni Əsəd qəbiləsi tərəfindən gecə ilə dəfn olunmuşdur. Mövqe və əhəmiyyəti Kərbəla vaqiəsi, Hicrətin birinci əsrində baş vermiş hadisələrdəndir ki, Hüseyn ibn Əli (ə), peyğəmbərin (s) nəvəsi və şiələrin üçüncü imamı, öz əshabı ilə birlikdə, Yezid ibn Müaviyənin göstərişinə əsasən, Kərbəlada şəhid edilmiş, qadın və uşaqları əsir götürülmüşdür. Bu vaqiə, islam tarixinin ən ağır və ürək dağlayan hadisəsidir ki, Əməvi hakimiyyətinin əleyhinə qiyamların başlanmasına zəminə yaratmışdır. Bəzi tədqiqatçılar bildirirlər, bu hadisə İslam dininin və peyğəmbər sünnəsinin, Əməvilər tərəfindən təhrif olunmasının qarşısını almışdır. Müasir İslam tədqiqatçı və yazıçısı Mütəhhərinin fikrincə, tarixi hadisələr arasında, çox az hadisələr vardır ki, Kərbəla vaqiəsi kimi mötəbər nəqllərdən bəhrələnsin. O inanır tarixdə heç bir (keçmiş tarixi nəzərə alaraq misal üçün onüç- ondörd əsr əvvəl) hadisənin, Kərbəla hadisəsinin tarixi kimi mötəbər sənədi yodur, amma İslam tarixinin ən inanılmış tarixçiləri tərəfindən birinci və ikinci əsrin ilk dövrlərindən mötəbər sənədlərlə nəql edilmiş və bu nəql olunan hadisələr bir-birilə uyğun və yaxındırlar.[1] Şiələr hər il, bu vaqiənin il dönümünü əzadarlıq edirlər. O cür ki, bu vaqiə haqqında çoxlu təliflər olunub və hünər əsərləri yaradılmışdır. Videoların logosunu dəyişmədən istənilən sosial şəbəkələrdə paylaşım edə bilərsiniz. محمد حسین پویانفر,mohammad hosein pouyanfar,mohammad hosein pooyanfar,mohammad hossein pooyanfar,لیلای منی - محمد حسین پویانفر,| Man Iranam To Iraqi man İranam To iraqi,Mohammad Hussein,| أنا في ايران و انت في عراق,| محمد حسين پویانفر,My Beloved - Pooyanfar,leylayi meni,leylayi mani,leylayimeni,mohammadpooyanfar,mohammadpooyanfer,pooyanfer,poyanfer,ya Hussein,basim kerbalai,huseyn can,iliya iliya ali mola,man iranam to iraqi,محمدحسین پویانفر,HUSEYN CAN,MOHAMMAD HUSSEIN,MAN IRANAM TO IRAQI,MY BELOVED,HÜSEYN CAN,