У нас вы можете посмотреть бесплатно İmam Malik | Şeyx Qamət Süleyman или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
İmam Malik Adı: Malik. Atasının adı: Ənəs. Malik ibn Ənəs ibn Malik ibn Amir. Atasının babası Amir. Miladi təqvimlə 711-ci ildə doğulmuş və 795-ci ildə vəfat etmişdir. Hicri təqvimlə 93-cü ildə dünyaya gəlmiş və 179-cu ildə vəfat etmişdir. 86 il ömür sürmüşdür. İmam Malik peyğəmbərin Ənəs ibn Məlik adlı ﷺ xidmətçisi olan səhabənin vəfatı ilində dünyaya gəlmişdir. Əhli sünnənin böyük kitablarından olan “Muvatta” kitabını yazmışdır. Bu kitab fiqh kitabıdır. İmam Malik dörd böyük fiqh məzhəbi alimlərinin ikincisidir. Abdur-Rahman ibn Qasim adlı böyük alim onun tələbələrindən olmuş və İmam Malikin məzbəhi barədə məsələləri cəm etmişdir. İmam Malik Peyğəmbər ﷺ məscidində dərs demişdir və buna görə də hicrət diyarının¹ imamı adlandırılmışdır. Bir gün bir abid insan İmam Malikin daima insanlara Peyğəmbərin ﷺ hədislərini danışdığına və onlara dərs dediyinə görə məktub yazır: "Sənə nəsihət edirəm ki, dərsləri dayandırıb ibadətlə daha çox məşğul olasan. Çünki dərslər səni Allaha daha çox ibadət etməkdən yayındırır". İmam Malik bu məktubun cavabında belə buyurur: "Allah insanlara ruzini bölüdüyü kimi ibadətləri də bölmüşdür. Ola bilsin, bir kişi üçün namaz qapısı açılmış və onun üçün oruc qapısı açılmamışdır. Elmi yaymaq isə ən əzəmətli yaxşı işlərdəndir. Mən mənə açılan bu elm qapısı ilə razıyam. Zənn etmirəm ki, sən məndən aşağı bir səviyyədəsən və ümid edirəm ki, hər ikimiz yaxşılıq edirik və xeyir içindəyik". ¹ - Peyğəmbər ﷺ Məkkədən Mədinəyə hicrət etdiyinə görə Mədinə şəhəri hicrət diyarı adlandırılmışdır. #ŞeyxQamətSüleyman #Alimlər