У нас вы можете посмотреть бесплатно Hüseyn Cavid - Dünyaları yoxdan yaradan, ey ulu Tanrı - Kamran M. YuniS или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
#kamranyunis #kamranmyunis #poeziyateatrı #şiirler #şeirlər #sevgişeirləri #hüseyncavid #cavanşirquliyev Hüseyn Cavid - Dünyaları yoxdan yaradan, ey ulu Tanrı! Bəstəkar - Cavanşir Quliyev - "Cavid ömrü" filmi Dünyaları yoxdan yaradan, ey ulu Tanrı! Ey xaliqi-hikmət! Duyduqca, düşündükcə olur qəlbimə tarı Min şübhəli illət. Duyduqca, əvət, pərdəli hikmətləri hər an, Min dürlü həqiqət, Min dürlü müəmmalı həqiqət mana xəndan, Həpsində də zülmət... Bülbüllərin əlhanı, çiçəklərdəki əlvan Ya şöleyi-əcram, Olmaz şu mənim çıldıracaq könlümə əlan Min mənbəi ilham. Ey varlığı yox, yoxluğu vardan daha dilbər! Ruhim səni izlər. Lütf et, o gözəl çöhrəni bir an mana göstər, Könlüm səni özlər. Uydum da peyğəmbərlərə, qanunə, kitabə, Duydum yenə qəsvət. Başdan-başa həp qəhrü qəzəb, tövbə-inabə; Həp zəfə əlamət.... Hər fəlsəfə bir vəlvələ, həp dadlı xəyalat Yox rəhbəri vicdan; Sənsiz doğamaz qəlbimə, vicdanıma heyhat, Bir şöleyi-ürfan. En gəl mana, yaxud məni yüksəklərə qaldır, Gəzdir qonağında; Yerlərdə süründüm, yetişir; göylərə qaldır, Dindir qucağında, Qaldır məni, bir seyr edəyim xoşmu, gözəlmi Cənnətdə mələklər? Qaldır məni, ta görməyim insandakı zülmi, Bax, yer üzü inlər. Ya rəbb, bu cinayət, bu xəyanət, bu səfalət Bulmazmı nəhayət? İnsanları xəlq etmədə var bəlkə də hikmət, İblisə nə hacət!?