У нас вы можете посмотреть бесплатно Qız Uşağında CİNSİ YETİŞMƏ - Qadın Bədəni Necə Formalaşır? или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
#demədidemə #sağlamlıq #qadın Sağlam Qadın kanalı "De Media MMC"-nin nəzdində fəaliyyət göstərir. Əməkdaşlıq üçün əlaqə: 055-362-49-69 Cinsi yetişmə dövründə qız uşaqlarının orqanizmində mərhələli şəkildə dəyişikliklər baş verir. Dərinin qoxusundan tutmuş, daxili orqanlara qədər uşaq bədəni qadın bədəninə çevrilir. Maraqlıdır, Cinsi yetişmə dövründə qızların bədəni necə dəyişir? Bu videomuzda biləcəksiniz. Bu proses bir neçə mərhələdə keçir: Qızlarda süd vəzləri böyüməyə başlayır. Bu proses 5 ilə qədər çəkə bilər. Buna görə də, əgər sinə ideal görünüşə malik deyilsə, yeniyetmələr narahat olmamalıdır. Qoltuq və qasıq nahiyələrində tüklər çıxmağa başlayır. Orqanizm çox sürətli böyüyür. Bədən forması dəyişir. Çəki artır, budlar və qarında piy toplanmağa başlayır. Bu dövrdə azkalorili pəhriz saxlamaq zərərlidir. Dərinin qoxusu dəyişir, qoltuq nahiyəsində güclü tərləmə olur. Üzdə, sinədə və kürəkdə gənclik sızanaqları əmələ gəlir. Vaginal ifrazat gəlməyə başlayır. Duyğu və cinsi sferada dəyişikliklər olur. Menarxe – ilk menstruasiya baş verir, menstrual tsikl formalaşır. Cinsi yetişmə dövrü qızlarda nə qədər davam edir? Onun normal davam müddəti 2-4 ildir. Hər bir qızda inkişaf tempi müxtəlifdir, buna görə də cinsi yetişmənin başlanğıcı və davam müddəti 1 il və daha çox sürüşə bilər. Yetişmə dövrünün başlanma əlamətləri – döşlərin böyüməsi və qasıq nahiyəsində tüklərin çıxmasıdır. Bəzi qızlarda əvvəlcə süd vəzləri inkişaf edir, digərlərində isə cinsi inkişafın nəzərə çarpacaq əlamətləri olmur. Bir başqalarında əvvəlcə tüklənmə başlayır, döşlər sonra böyüyür. Bu, normal prosesdir. Sadalanan əlamətlərin hər hansı birinin gecikməsi, qız orqanizmində mütləq hansısa patologiyanın olması demək deyil. Vaxtından əvvəl cinsi inkişaf çox vaxt norma variantı sayılır. Lakin, əgər 7-8 yaşlarda qızın qasığında tüklər əmələ gələrsə, valideynlər həkimlə konsultasiya etməlidir. Bəzi hallarda cinsi inkişaf gecikir, hansı ki, ya xəstəliklərlə əlaqədar ola bilər, ya da, məsələn, qız azkalorili pəhrizə aludə olarsa. Əgər qızın 14 yaşında döşləri hələ böyüməyibsə, həkimə müraciət etmək lazımdır. Həmçinin, döşlər böyüməyə başladıqdan sonrakı 5 il ərzində menstruasiyanın olmaması – yaxşı əlamət deyil. Cinsi inkişafın ləngiməsi haqqında bizim digər məqaləmizdə oxuya bilərsiniz. Erkən yetişmə dövrü Əl və ayaqların böyüməsilə başlayır. Eyni zamanda "döş qönçəsi" – döşlərin areolalarının altında kiçik düyün əmələ gəlir. O, bir qədər ağrılı, yumşaq və ya bərk, həmçinin asimmetrik ola bilər. Bu proses təxminən 6 ay çəkir və estrogenlərlə idarə olunur. Süd vəzlərində inkişaf başladıqdan sonra, vaginal ifrazat əmələ gəlir. Onun turşuluğu yüksək olduğundan, cinsiyyət orqanlarının dərisini qıcıqlandırıb iltihab – vulvovaginit tərədə bilər (xəstəliyin uşaqlarda gedişi barədə başqa məqaləmizdə oxuya bilərsiniz). Buna görə də, qıza şəxsi gigiyena qaydalarını, gündəlik bezlərdən istifadəni, qıcıqlanma yarandıqda qızartıya pantenol və ya sink tərkibli kremlərin çəkilməsini başa salmaq lazımdır. İkincili yetişmə dövrü Qasıq nahiyəsində tüklərin aktiv böyüməsilə başlayır. Bundan sonra, daha erkən yaşlarda vaginal ifrazatla əlaqədar yaranan dəri qıcıqlanması itir. Tüklərin böyüməsilə eyni vaxtda sızanaqlar əmələ gələ bilər. Tez böyümə və sifət cizgilərinin dəyişməsi müşahidə edilir. İkinci pubertat dövrün başlanmasından sonra yarım il ərzində qızın boyu 5-7 sm, çəkisi isə 4-5 kq arta bilər. Sonra menstruasiya başlayır. Adətən bu proses qızın 11 yaşı olduqda baş verir. Nə vaxt qurtarır? Hesab edilir ki, menstruasiya requlyarlaşanda cinsi yetişmə başa çatır. Lakin bundan sonra qız hələ böyüməyə davam edir. Növbəti 2 il ərzində onun boyu 5-10 sm yenə artacaq. Bu dəfə boyun çatdığı hündürlük artıq son olur, sonrakı illər demək olar ki, elə də çox artmır. Süd vəzləri 18 yaşa qədər inkişaf edir.