У нас вы можете посмотреть бесплатно VACİB!!! Stress ürəyə necə təsir edir? Sona qədər baxın или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Stress ürəyə necə zərər vurur? Gündəlik həyat stress qaynağıdır, bilirik. Amma anlaşılmaz olan bu deyil. Bəzən insanlar deyir: “Stressliyəm, bilirəm, amma yola verirəm də…” Siz yola verə bilərsiniz, amma ürəyiniz ciddiyə alır. Xroniki stress ürəyə həddən artıq ziyan vurur: 1. Nəbzin nizamının itməsi. Nəbzi öz ritminə qaytarmaqçün dərman qəbulu mütləqdirsə, demək, artıq stress ürəyinizə yetəri qədər ziyan vurub. Buna görə ürəyi deyil, özünüzü günahlandırın ki, vaxtında stressdən yaxa qurtarmamısınız. 2. Kortizolun yüksəlməsi. Kortizol yüksəlirsə, avtomatik olaraq qanda şəkərin səviyyəsi də yüksəlir. Ardınca da ürək-damar xəstəliklərinin yolu açılır. Kortizol orqanizmin, bir növ, stress indiqatorudur. Kortizolun daim yüksəkdə olması qanda şəkərin yüksəkliyinin, nəticə olaraq ürək döyüntüsünün artmasının, yüksək təzyiqin səbəbidir. Xroniki stressdən qaynaqlanan kortizol orqanizmdə fəsadlar törətməkdə gecikmir. 3. Təzyiqin aşağı düşməməsi. Bəli, xroniki stress durumunda təzyiq ürək xəstəliklərinin səbəbi deyil, artıq mövcud olan, irəliləyən problemin nəticəsidir. Siz stressdən qurtulmağa çalışın, orqanizm rahatlasın, bir də görəcəksiniz ki, təzyiq normaya qayıdıb. Və ürəkçün heç bir təhdid qalmayıb. 4. Qanda şəkərin miqdarının artması. Qanda şəkərin səviyyəsi mütəmadi olaraq yüksəkdirsə, ürək-damar xəstəlikləri riski artır, diabet yaranması üçün maneə qalmır. Xroniki stress səbəbiylə qanında şəkərin səviyyəsi yüksələn xəstələr diabetə yaxınlaşırlar. Mütəxəssislərin qənaətinə görə, stress də həyat tərzi, rasion kimi idarə olunmalıdır ki, orqanizm, xüsusilə, ürək sağlam olsun. Qanda şəkər daim yüksək olanda insan nə qədər yesə də doymur. Ardınca köklük, köklüyün də bərabərində bir çox xəstəliklər gəlir. Arıqlamaq belə, mümkün olmur. Bu cür yemək vərdişi pozulan insaların dietoloqdan öncə psixoloqa getməsi məsləhətdir. Çalışın ki, stress sizi yox, siz stressi idarə edəsiniz. Gün ərzində, onsuz da, hamımızın həyatında stressli anlar yaşanır. O anların böyüyüb-böyüyüb günümüzü, ardınca həftəmizi zəbt etməyinə imkan verməyək. Hər şeydən öncə, ürəyimizi qoruyaq. Ürək orqanizmin mühərrikidir axı…