У нас вы можете посмотреть бесплатно Yenidən qurulan Gəncə şəhər stadionunda hansı işlər görülüb? или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Yenidən qurulan Gəncə şəhər stadionunda hansı işlər görülüb? “Gəncə stadionunda gələcəkdə futbol yarışları ilə yanaşı, müxtəlif beynəlxalq idman tədbirləri də keçiriləcək”. Bunu Prezidentin izi ilə Gəncəyə təşkil olunan mediatur çərçivəsində Gənclər və İdman Nazirliyinin şöbə müdiri Elmir Mehdiyev jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, 1964-cü ildə istifadəyə verilən Gəncə Şəhər Stadionu uzun illər istismardan sonra yararsız vəziyyətə düşmüşdü: “2023-cü ildə isə Prezident Gəncə Şəhər Stadionunun yenidən qurulması ilə bağlı sərəncam imzalayıb. Həmin sərəncama uyğun olaraq, Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə qısa müddətdə həm layihələndirmə, həm də tikinti işlərinə başlanılıb. Ötən ilin aprel ayında dövlət başçısı stadionun təməlini qoyub. Cəmi bir il beş ay ərzində inşa işləri başa çatdırılıb və stadion tam hazır vəziyyətə gətirilib. Yeni stadion müasirliyi ilə seçilir və UEFA-nın IV kateqoriya standartlarına cavab verir. Buradakı funksionallıq, texniki imkanlar və şərait eyni anda dörd komandanın fəaliyyət göstərməsinə imkan yaradır. Stadionda artıq MDB ölkələrinin III Oyunlarının açılış mərasimi keçirilib. Gələcəkdə isə stadion həm futbol yarışlarına, həm də digər mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edəcək”. Bizi WhatsApp-da izləyin https://whatsapp.com/channel/0029VaAm... https://t.me/bakutvxeber https://x.com/bakutvofficial / baku.tv https://www.baku.tv Yenidən qurulan Gəncə şəhər stadionunda hansı işlər görülüb? 2025 © All Rights Reserved ℗ "Baku TV" LLC ™ #bakutv #gəncə #stadion #yenidənqurma #işlər #idman #infrastruktur #azərbaycan