У нас вы можете посмотреть бесплатно Qiymətlər Qalxacaq... | Novruz yaxınlaşdıqca qiymətlər qalxır? – Bazarda Son Vəziyyət | Barometr TV или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Barometr TV-nin İctimai Yoxlama proqramı bu dəfə Novruz bayramı ərəfəsində bazarlardakı qiymətləri araşdırıb. Artıq Novruzun ikinci çərşənbəsi olduğu üçün insanlar bayram süfrəsi üçün alış-verişə başlayıb. Satıcıların sözlərinə görə, qozun qiyməti 5-6-8 manat arasında dəyişir. Məhsullar əsasən Ordubad və Xaçmaz rayonlarından gətirilir. Fındığın kiloqramı isə standart olaraq 9 manatdır. Bəzi satıcılar yaxın günlərdə ciddi artım gözləmədiklərini bildirir. Digər satıcı isə məhsulların əsasən Özbəkistandan gətirildiyini, yerli məhsula tələbat olsa da qiymətinin baha olduğunu deyir. Yerli keyfiyyətli qozun kiloqramının 25 manatdan başladığı qeyd olunur və bayram yaxınlaşdıqca artım ehtimalı istisna edilmir. Səmənilərin qiyməti hazırda 1-3 manat arası dəyişir. Təzə səmənilərin isə 6 manata qədər yüksələcəyi bildirilir. Alıcılar isə qiymətlərin baha olduğunu desələr də, “ildə bir dəfə gələn bayramdır” deyərək alış-veriş etdiklərini bildirirlər. 📌 Barometr TV bayram öncəsi bazarlardakı real vəziyyəti izləməyə davam edəcək. Biz BAROMETR.TV komandası olaraq cəmiyyətdə baş verən hadisələr, vətəndaşları narahat edən məsələlər və problemləri işıqlandırmaq üçün gecə-gündüz xidmətinizdəyik. Rəsmi saytımız: https://barometr.tv Bizi sosial şəbəkələrdə izləyin: Telegram: https://t.me/barometrtv İnstagram: / barometr_tv TikTok: https://www.tiktok.com/@barometrtv?_t... Müəllif hüquqları qorunur © #BarometrTV #İctimaiYoxlama #Novruz #BazarQiymətləri #Qoz #Fındıq #Səməni #BayramBazarlığı