У нас вы можете посмотреть бесплатно İSMAYILLI RAYONUNDA YENİ FERMA İŞƏ DÜŞÜB или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
İsmayıllı rayonunda yeni ferma işə düşüb. Heyvandarlıq kompleksində maldarlığın inkişafı üçün lazımi şərait yaradılıb. Bu da ət və südün istehsalını dəfələrlə artırmağa, təksə daxili istehlak deyil, həm də məhsulun ixracının çoxalmasına imkan verəcək. Min başlıq fermada Almaniyadan gətirilən cinsi inəklər saxlanılır. Zootexniklər bildirirlər ki, xarici cins inək və camışlara xüsusi qulluq, balanslaşdırılmış qidalanma lazımdır. Hər gün təkcə bir buzovun saxlanmasına 80 kq saman lazımdır "AZZA AQRO" MMC heyvandarlıq kompleksinin zootexniki İlyas Feyzullayevin sözlərinə görə, burada hər şey avtomatlaşdırılıb: “Fermada inəklərə öz zəmilərimizdən yığdımız yem əsasında qida verilir. Bu il biz 1200 tonluq arpa, yonca senajı əkmişik. Bizim heyvanların qida rasionunda yonca samanı, qağıdalı və arpa konsentratları var. Bu cür yemləmə ilə bu il ərzində 80,5 ton süd alacağımıza ümid edirik”. İnəklərin hər birinin qulağına çip kart yerləşdirilib. Burada heyvan haqqında bütün məlumat – onun yaşı, çəkisi, qida rasionu, sağlıq durumu və sair haqqında bilgilər yazılır. Heyvanların saxlandığı yerdə hətta havanın temperaturu da xüsusi avadanlıq vasitəsilə tənzimlənir. Bu, yalnız südün miqdarının və keyfiyyətinin artımına yox, həm də buzovların doğulmasına təsir göstərir. Yaxın vaxtlarda fermada sağmal və cins inəklərin sayının artacağı gözlənilir. Fermada olan qolştinsk cinsindən daha 200 baş inək noyabrda gətiriləcək. Gələcəkdə kompleksdəki heyvanların sayını 1600 başa çatdırmaq planlaşdırılır.