У нас вы можете посмотреть бесплатно İsveç səfiri ilə eksklüziv müsahibə или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
✅ Kanalımıza abunə olmağı və şərh yazmağı unutmayın. #Kitabıstan olaraq tədqiq etdiyimiz ölkələrdən biri də İsveçdir. Biz stabil inkişaf, rifah dövləti, elm, texnologiya və innovasiya yolunda İsveçin əsas istinad nöqtəsini bilmək istəyirdik. “Lagom”. Bu söz Azərbaycan dilinə tam mənası ilə tərcümə olunmasa da “yalnız düzgün miqdar” və ya “nə çoxdur, nə də çox az” kimi tərcümə oluna bilər. “Lagom” - İsveç milli xarakterini təsvir edən anlayış, yaşayış, düşüncə tərzidir. İsveçlilərin qədim bir atalar sözü var: Lagom är bäst - Lazımi qədər daha yaxşıdır. Bizdə buna ən yaxın anlayış qızıl ortadır. Qızıl orta, yəni başqasına ədalətsizlik etməmək, lazım olan qədər almaq, yaxud da özünlə bərabər yaşadığın mühiti də düşünmək. İsveçliləri anlamaq üçün buna mütləq prinsipiallıq sözünü də əlavə etmək lazımdır. İsveçlilər belə yaşayır... 200 ildir ki, İsveç heç bir müharibədə iştirak etməyib. Hətta birinci və ikinci dünya müharibələrində də neytrallığını qoruyub saxlaya bilib. Bu iki yüz ildə söz azadlığı anlayışını konstitusiyasına gətirən ilk ölkə olub. 1921-ci ildə qadınlara səsvermə hüququ verib, demokratiya indeksində ilk beşlikdə, və qlobal innovasiyalar indeksində isə ilk üçlükdədir. Ən azad ölkələr indeksində isə ilk onluqdadır. İsveç pasportu dünyanın ən nüfuzlu ölkələri sırasında 3-cü yerdədir. İsveçlilər dünyanın 124 ölkəsinə vizasız gedə bilirlər. İsveçi tədqiq etməyə davam edərkən qərar verdik ki, İsveçə dair suallarımızın bir qisminə cavab tapmaq üçün İsveç Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Tobias Lorentzsona müraciət edək. O, böyük nəzakətlə müsahibə təklifimizə müsbət cavab verib, İsveçə xas dəqiqliklə Kitabıstanın suallarına əhatəli şəkildə cavab verdi. #İsveç Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Tobias Lorentzsonu müsahibəsini sizə təqdim edirik. 🔴 SƏSLİ KİTAB https://bit.ly/2Vjw8l5 🔴 ƏDƏBİYYAT VƏ FƏLSƏFƏ http://bit.ly/2kBtSav 🔴 TARİX http://bit.ly/37UAnYS 🔴 MÜSAHİBƏLƏR http://bit.ly/2maUcIS 🔴 MÜZAKİRƏLƏR http://bit.ly/2kFfbDc 🔴 SORĞULAR https://bit.ly/2KLAGv9 Kitabıstan haqqında daha ətraflı 🔻 🔵 http://kitabistan.org 🔵 / kitabistanpage 🔵 / kitabistan_page 🔵 / kitabistanpage 🔵 https://t.me/kitabistan_page