У нас вы можете посмотреть бесплатно “Bizi Birləşdirən Mədəniyyət” İctimai Birliyi" - Zəngəzur mahnısı" или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
“Bizi Birləşdirən Mədəniyyət” İctimai Birliyi Qərbi Azərbaycan mövzusunda yeni musiqi əsəri - “Zəngəzur mahnısı”nı ictimaiyyətə təqdim edib. Mahnının ideya müəllifi tanınmış vokal ifaçısı, Əməkdar artist Ramil Qasımovdur. Musiqi əsəri üzərində peşəkar komanda çalışıb. “Zəngəzur mahnısı”nın sözlərini yazan Şahin Musaoğlu dillər əzbəri olan mahnıların müəllifidir. Əsərin bəstəkarı tanınmış sənətkar, Əməkdar artist Vüqar Camalzadədir. Mahnının ruhuna uyğun olaraq onu görkəmli sənətkarlar - Xalq artistləri Mübariz Tağıyev, Tünzalə Ağayeva, Əməkdar artistlər Ramil Qasımov, Aybəniz Haşımova, Samirə Əliyeva, Ehtiram Hüseynov və İlkin Dövlətov birlikdə ifa edib. Balaban zurnanı Fəqan Rəhmanoğlu dilləndirib. Layihədə səs rejissoru Əməkdar incəsənət xadimi Faiq Babayev, prodüser Riad Quliyevdir. Layihənin koordinatoru Fərqanə Cabbarovadır. “Zəngəzur mahnısı” mədəni-tarixi irsimizin təbliği, milli yaddaşın gücləndirilməsi və Azərbaycanın qarşıdakı milli hədəfinin incə, estetik dillə musiqidə ifadəsidir. Qərbi Azərbaycana qayıdış kimi ülvi arzunu tərənnüm edən əsər “Bizi Birləşdirən Mədəniyyət” İctimai Birliyinin ilk işidir. Layihənin donoru QHT-lərə Dövlət Dəstəyi Agentliyidir. Təqdimat mərasimində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva, "Bizi Birləşdirən Mədəniyyət" İctimai Birliyin sədri, Əməkdar artist Ramil Qasımov, Əməkdar mədəniyyət işçisi, Qərbi Azərbaycan Televiziyasının rəhbəri Telli Pənahqızı çıxış ediblər. Qeyd edək ki, klipin çəkilişləri Şərqi Zəngəzurun füsunkar təbiətə malik Laçın, Qubadlı və Zəngilan rayonlarında aparılıb. Bir müddətdir ki, radiolarda səsləndirilən bu əsərin ekran həllini bu gündən etibarən televiziya kanallarında da görmək mümkün olacaq. #qht #qhtagentliyi #bizibirləşdirənmədəniyyət #zəngəzur #zengezurmahnisi Ramil Qasımovu sosial şəbəkələrdə izlə: Facebook: https://mikpro.az/rqasimovfb Instagram: https://mikpro.az/rqasimovig Genius: https://mikpro.az/rqasimovgn Ramil Qasımovu rəqəmsal platformalarda dinlə: Keçid: https://mikpro.az/rqasimov.dinle Ramil Qasımov tərəfindən ifa olunan “Qalib Sərkərdə” parçasının rəsmi audiosu. Bu videonun bütün hüquqları “mikpro” MMC tərəfindən qorunur. © 2020 Etiketlər: #RamilQasımov #QalibSərkərdə #mikpro