У нас вы можете посмотреть бесплатно Əli Fani | Kisa Hədisi | Tərcümə & Oxunuş или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Bizi sosial mediada izləyin: Facebook: / qirilmaz.ip İnstagram: / qirilmaz.ip Telegram: https://t.me/qirilmazip Mətn: Bağışlayan və mehriban Allahın adıyla! Cabir ibn Abdullah Ənsari Peyğəmbərin (s) qızı xanım Fatimeyi-Zəhradan (s.ə) belə nəql edir: Eşitdim ki, Fatimə (s.ə) dedi: Bir gün atam Rəsulullah mənim yanıma gəlib dedi: "Salam olsun sənə, ey Fatimə!" Mən dedim: "Sənə də salam olsun!" Buyurdu: "Bədənimdə zəiflik hiss edirəm." Dedim: "Atacan, bu zəiflikdən səni Allahın pənahında qərar verirəm.“ Buyurdu: "Ey Fatimə, mənim üçün Yəmən əbasını gətir və onunla məni ört." Mən Yəmən əbasını gətirib onun üstünü örtdüm və sonra üzünə baxdım. Onun üzü on dörd gecəlik, bədrlənmiş ay kimi işıq saçırdı. Bir saat keçməmişdi ki, oğlum Həsən yanıma gəlib dedi: "Anacan, salam olsun sənə!" Dedim: "Sənə də salam olsun, ey gözümün işığı və qəlbimin meyvəsi!" Dedi: "Anacan, səndən ətirli bir qoxu duyuram; elə bil, babam Rəsulullahın qoxusudur." Dedim: "Bəli, baban əbanın altındadır." Həsən əbaya tərəf gedib dedi: "Salam olsun sənə, ey babam, ey Rəsulullah! İcazə verirsənmi ki, mən də səninlə birgə əbanın altına daxil olum?" Həzrət buyurdu: "Salam olsun sənə, ey oğlum, ey (Kövsər) hovuzumun sahibi! Sənə icazə verdim." O, Rəsulullahla birgə əbanın altına girdi. Bir saat keçməmişdi ki, oğlum Hüseyn yanıma gəlib dedi: "Anacan, salam olsun sənə!" Dedim: "Sənə də salam olsun, ey gözümün işığı və qəlbimin meyvəsi!" O dedi: "Anacan, səndən ətirli bir qoxu duyuram; elə bil, babam Rəsulullahın qoxusudur." Dedim: "Bəli, baban və qardaşın əbanın altındadır." Hüseyn əbaya yaxınlaşıb dedi: "Salam olsun sənə, ey babam! Salam olsun sənə, ey Allahın bəyənib-seçdiyi! İcazə verirsənmi ki, mən də sizinlə birgə əbanın altına daxil olum?" Həzrət buyurdu: "Salam olsun sənə, ey oğlum, ey ümmətimin şəfaətçisi! Sənə icazə verdim." O da onlarla birgə əbanın altına girdi. Bu zaman Əbülhəsən Əli ibn Əbu Talib gəlib dedi: "Salam olsun sənə, ey Rəsulullahın qızı!" Dedim: "Salam olsun sənə, ey Əbülhəsən, ey Əmirəlmöminin!" Dedi: "Ey Fatimə, səndən ətirli bir qoxu duyuram; elə bil, qardaşım və əmim oğlu Rəsulullahın qoxusudur." Dedim: "Bəli, o sənin iki oğlunla birgə əbanın altındadır." Əli əbaya tərəf gedib dedi: "Salam olsun sənə, ey Rəsulullah! İcazə verirsənmi ki, mən də sizinlə birgə əbanın altına daxil olum?" Həzrət buyurdu: "Salam olsun sənə, ey qardaşım, canişinim, xəlifəm və bayraqdarım! Sənə icazə verdim." Əli də əbanın altına girdi. Sonra mən də əbaya tərəf gedib dedim: "Salam olsun sənə, atacan, ey Allahın Rəsulu! İcazə verirsənmi ki, mən də sizinlə birgə əbanın altına daxil olum?" Həzrət buyurdu: "Salam olsun sənə, ey qızım, ey canımın parçası! Sənə də icazə verdim." Mən də əbanın altına girdim. (Kisa Hədisinin tərcüməsinin dəvamını, həmçinin ərəbcə və oxunuşunu linkə daxil olaraq oxuya bilərsiniz: https://bit.ly/33mGunI) Mənbə: Məfatihul-cinan - Şeyx Abbas Qummi