У нас вы можете посмотреть бесплатно Cəlilabadda Novruz bayramı coşqusu: rəngarəng tədbir və milli ənənələrin təntənəsi или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Cəlilabad rayonunda Novruz bayramı münasibətilə geniş və rəngarəng bayram tədbiri təşkil olunub. Tədbirdə Cəlilabad Rayon İcra Hakimiyyəti başçısı, hüquq-mühafizə orqanlarının nümayəndələri, eləcə də rayonun müxtəlif sahələrini təmsil edən ictimaiyyət üzvləri iştirak ediblər. Bayram şənliyi yüksək əhval-ruhiyyə və milli dəyərlərin təntənəsi şəraitində keçib. Tədbir çərçivəsində Azərbaycan xalqının qədim adət-ənənələrini əks etdirən maraqlı proqram təqdim olunub. Ənənəvi Keçəl və Kosa obrazları çıxış edərək tamaşaçılara şən anlar yaşadıblar, musiqiçilər və müxtəlif incəsənət kollektivləri isə milli musiqilər və rəqslərlə proqramı daha da zənginləşdiriblər. Bu çıxışlar bayram ab-havasını daha da gücləndirərək iştirakçılarda xoş ovqat yaradıb. Eyni zamanda tədbir ərazisində təşkil olunan sərgidə yerli sənətkarların əl işləri, milli ornamentlərlə bəzədilmiş nümunələr və müxtəlif dekorativ-tətbiqi sənət əsərləri nümayiş etdirilib. Rayon rəhbərliyi sərgiyə baxış keçirərək təqdim olunan işlərlə yaxından tanış olub, sənətkarların zəhmətini yüksək qiymətləndirib. Bayram proqramında milli rəqslər xüsusi yer tutub. Peşəkar və həvəskar rəqs qruplarının ifasında təqdim olunan çıxışlar tamaşaçılar tərəfindən böyük maraq və alqışla qarşılanıb. Bununla yanaşı, idmançılar da müxtəlif növ çıxışlarla öz bacarıqlarını nümayiş etdirərək tədbirə dinamiklik qatıb və xüsusilə gənclərin diqqətini cəlb edib. Tədbirin ən yaddaqalan anlarından biri isə ənənəvi bayram tonqalının alovlandırılması olub. Tonqal ətrafında toplaşan iştirakçılar birlik və həmrəyliyin rəmzi olan bu anı böyük coşqu ilə qeyd ediblər. Sonda bayram şənliyi musiqili proqramla davam edib və iştirakçılara unudulmaz anlar yaşadıb. ELMƏDDİN BAĞIROV Şəbinəm Nayıblı izmedia.az Cəlilabad