У нас вы можете посмотреть бесплатно Şəhid Səxavət Məmmədovun ad günü göz yaşları ilə qeyd olundu - ANASI DANIŞDI или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Bu gün Şəhid Səxavət Məmmədovun Doğum günüdür. Ağdamda ailəsi və yaxınları və şəhid ailələrinin iştirakı ilə qeyd olundu Səxavət Məmmədov 24 may 1991-ci ildə Ağdam rayonunun Papravənd kəndində anadan olub. 1998-2009-cu illərdə Xəzər rayonu Şüvəlan qəsəbəsi İlqar Muradov adına 237 saylı məktəbdə təhsil almışdır. Ailəli idi, Dilək və Yusif adında 2 övladı yadigar qalıb. 1 iyul 2009-cu ildə İmişli rayonunda N saylı hərbi hissədə həqiqi hərbi xidmətdə olmuşdur. 2014-cü ildən etibarən müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi Goranboyda yerləşən tank taborunda atıcı vəzifəsində Azərbaycan Silahlı Qüvvələrinində xidmətə başlamışdır. 2014-cü ilin sonlarında öz istəyi ilə ön cəbhəyə Tərtər rayonunda N saylı hərbi hissədə tuşlayıcı vəzifəsində xidmətini davam etdirib. Burada fəaliyyət göstərərkən, Aprel döyüşlərində iştirak edərək şücaət göstərmişdir. 2020-ci ilin iyul ayında Tovuz döyüşlərində iştirak edərək öz xidməti yerinə dönmüşdür. Azərbaycan Ordusunun əsgəri olan Səxavət Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak edərək şücaət göstərmişdir. 29 sentyabr 2020-ci ildə xidməti vəzifəsini yerinə yetirərkən şəhid olmuşdur. 19 noyabr 2020-ci ildə Ağdam rayonu Şəhidlər xiyabanında torpağa tapşırılmışdır.