У нас вы можете посмотреть бесплатно Çəki atmaq istəyənlər nədə səhv edir? | Doğru bilinən yanlışlar или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Çəki atmaq istəyənlər nədə səhv edir? | Doğru bilinən yanlışlar Niyə məşhur pəhrizlər yalnız müvəqqəti nəticə verir və çəki daha da artıq şəkildə geri qayıdır? Cavab sadədir: arıqlama sənayesinə sərf edən miflərə əsaslanan üsullar çoxluq təşkil edir. 1-ci mif: “Az yesən, daha arıq olarsan”. Çox sərt məhdudiyyətlər maddələr mübadiləsini zəiflədir. Bədən “qənaət rejiminə” keçir və hər qramı ehtiyatda saxlamağa başlayır. Bu, arıqlamaq əvəzinə daha da çəki artımına gətirib çıxara bilər. 2-ci mif: “Yağlar bədən üçün təhlükəlidir”. Əslində, “Omega-3” və “Omega-6” yağ turşuları piylərin parçalanmasını sürətləndirir. Bu yağların çatışmazlığı isə hormonların, o cümlədən əzələ tonusuna cavabdeh olan testosteronun istehsalını pozar. 3-cü mif: “Superqidalar piyləri əridir”. 3-Goji giləmeyvəsi, spirulina kimi məhsullar kalori defisitini əvəz edə bilməz. Bunlar daha çox marketinq hiylələridir, elm deyil. Arıqlamaq üçün əsas prinsip qəbul edilən enerjinin sərf ediləndən az olmasıdır. 4-cü mif: “Yerində yağ yandırmaq mümkündür”. Əzələ məşqləri qarındakı piyləri təkbaşına yox etmir. Qarın piylərindən qurtulmaq üçün ümumi bədən piyinin qadınlarda 25, kişilərdə isə 15 faizdən aşağı salınması vacibdir. 5-ci mif: “Detoks çayları orqanizmi təmizləyir”. Əslində, detoks çayları bədəndən yalnız suyu çıxarır və bağırsaq mikroflorasını poza bilər. Bu da maddələr mübadiləsini zəiflədərək arıqlama prosesini çətinləşdirir. Bəs əvəzində nə etməli? Kalori ehtiyacınızı hesablayın və gündəlik normadan 15-20 faiz az qəbul edin. Zülal-yağ-karbohidrat balansını qoruyun. Zülal əzələlərin qorunmasını təmin edir. Yağlar (qoz-fındıq, avokado) hormon balansını saxlayır. Mürəkkəb karbohidratlar (qarabaşaq, kinoa) enerji verir. Sevdiyiniz fiziki fəaliyyəti seçin: rəqs, üzgüçülük, yürüş. İdman məcburiyyət yox, həzz mənbəyi olmalıdır. Həftədə bir dəfə sevdiyiniz yeməkləri yeyin, bu, pəhrizdən çıxmaların qarşısını alır. Stresi idarə edin: Kortizol hormonu piylərin parçalanmasını əngəlləyir. Meditasiya, hobbilər və istirahət arıqlama prosesində əsas rol oynayır. Unutmayın: Arıqlamaq yalnız pəhriz deyil, bu, balanslı həyat tərzidir. Bizi WhatsApp-da izləyin https://whatsapp.com/channel/0029VaAm... https://t.me/bakutvxeber / baku.tv / bakutvofficial https://www.baku.tv ARZUNUN VAXTI ➧ • ARZUNUN VAXTI QAPQARA ➧ • QAPQARA AYDIN TARİX ➧ • AYDIN TARİX ORALARDA NECƏDİR? ➧ • Oralarda necədir? O VAXTLAR ➧ • O VAXTLAR SONUNCU ŞAHİD ➧ • SONUNCU ŞAHİD BAKU ANALİTİK ➧ • ANALİTİK BAXIŞ BAKU MED ➧ • BAKU MED RƏSMİLƏR ➧ • RƏSMİLƏR BAKU AKTUAL ➧ • AKTUAL GÜNDƏM RETRO BAKU ➧ • RETRO BAKU ARAŞDIRMA ➧ • ARAŞDIRMA 44 GÜN ƏSGƏR RƏŞADLA ➧ • 44 GÜN ƏSGƏR RƏŞADLA QARABAĞ XRONİKASI ➧ • QARABAĞ XRONİKASI QƏRBİ AZƏRBAYCAN XRONİKASI ➧ • QƏRBİ AZƏRBAYCAN XRONİKASI Çəki atmaq istəyənlər nədə səhv edir? | Doğru bilinən yanlışlar 2025 © All Rights Reserved ℗ "Baku TV" LLC ™ #bakutv #arıqlamaq #kökəlmə #qida #artıqçəki #orqanizm #qidaməhsulları #maraqlıməlumatlar