 
                                У нас вы можете посмотреть бесплатно MÜTLƏQ BAXMALISIZ! - Gözünüzə Mirvari Suyu gəlibsə... или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
                        Если кнопки скачивания не
                            загрузились
                            НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
                        
                        Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
                        страницы. 
                        Спасибо за использование сервиса ClipSaver.ru
                    
#Badam #Göz #Katarakt BADAM MEDICAL CENTER Ünvan: Abbasqulu Abbaszadə küçəsi 13A Həkimlə əlaqə: 📱 (+994 55) 612 03 03 📱 (+994 50) 600 66 99 ☎️ *6699 📧 [email protected] El arasında "mirvari suyu" deyilən katarakta xəstəliyi gözün şəffaf billurunun bulanması nəticəsində yaranır. Katarakta işıq şüasının gözə daxil olmasına maneəçilik törədir, beləliklə də insanın görmə qabiliyyəti zəifləyir. Billur öz şəffaflığını qismən və ya bütövlükdə itirə bilər. Bəzən belə hesab edirlər ki, katarakta gözdə əmələ gələn pərdədir. Bu düzgün təsəvvür deyil. Katarakta göz billurunun özündə əmələ gələn dəyişiklikdir. Katarakta hər iki gözdə yarana bilər, lakin bir gözdən o birinə keçən xəstəlik deyil. Kataraktanın yaranma səbəbləri müxtəlifdir: Anadangəlmə kataraktanın yaranma səbəbi qohum nigahları, bətindaxili dövrdə keçrilmiş infeksiyalardır. Travmatik katarakta: travma və kontuziya nəticəsində yaranır. Digər xəstəliklər nəticəsində ikincili olaraq yaranan katarakta: şəkərli diabet, "uveit" adlandırılan gözdaxili iltihabi proses nəticəsində. Qocalıq kataraktası. Kataraktanın simptomları Qeyd etmək lazımdır ki, kataraktanın kiliniki simptomlarının inkişafı billur bulanıqlarının harada yerləşməsi ilə əlaqədardır. Əgər katarakta billurun kənar hissəsində (periferiyada) yaranıbsa, siz bir dəyişiklik hiss etməyəcəksiniz. "Bulanma" billurun mərkəzinə nə qədər yaxındırsa , görmə qabiliyyətində bir o qədər problemlər yaranmış olacaq. Siz hiss edə bilərsiniz ki, ətrafınızdakı əşyaları dəqiq seçmirsiniz, torlu görürsünüz, onların konturları silinmişdir, xüsusilə də parlaq işıqda. Hətta, bir şəkil gözünüzdə qoşa görünə bilər. Çox vaxt işıqdan qorxma hissi yaranır. Bir gözlə yaxşı görürsünüz, o biri gözlə zəif. Normal halda qara görünən bəbək bu halda ağara, sarımtıl rəng ala bilər. Bütün bunlar güclənə bilər və sizi eynəyi tez-tez dəyişməyə, daha güclüsü ilə əvəz etməyə vadar edər. Bu nişanələr aşkar olunduqda, vaxt itirmədən göz həkiminə müraciət edin.Yalnız oftalmoloq dəqiq diaqnoz qoya bilər. Kataraktanın müalicəsi Kataraktanın müalicəsi yalnız cərrahi yolu ilə aparılır. Göz damcısı başlanğıc dövrdə təyin olunur. #Oftalmoloq #Badam #BadamMedical #GozHekimi #MirvariSuyu #Katarakt #Mirvari #Goz #Göz #Oftomoloq gözə mirvari suyu gəlməsi Katarakta nedir katarakta mirvari suyu katarakta əməliyyatı qiyməti, katarakta haqida, katarakta ne iyi gelir gözde mirvari suyu, mirvari suyu neden yaranir, mirvari suyu nedir Oftalmoloq