У нас вы можете посмотреть бесплатно Yeni növ sitrus bitkisi yetişdirilir - Baku TV или скачать в максимальном доступном качестве, которое было загружено на ютуб. Для скачивания выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Yeni növ sitrus bitkisi yetişdirilir - Baku TV AMEA-nın Lənkəran Regional Elmi Mərkəzi tərəfindən berqamot artıq ölkəmizə gətirilib və üzərində elmi-tədqiqat işlərinə başlanılıb. Meyvələri payızın əvvəlindən qışa qədər yetişir, eninə kəsəndə limona və ya portağala oxşayır. Berqamot əsasən efir yağına görə yetişdirilir. Onun yağını həm meyvələrin qabığından, həm bitkinin çiçəklərindən, həm də cavan yarpaq və zoğlarından da almaq olur. Dadına, həm də içindəki toxumların sayına, meyvənin qabığına görə fərqlənən bu bitkinin hündürlüyü 2 metrdən 10 metrədək çatır. Budaqları tikanlı olan bitkinin çiçəkləri gözəl görünür və xoş ətirlidir. Üzərində elmi-tədqiqat işləri aparılan digər yeni sitrus bitkisi isə laymdır. Limona bənzəsə də, laym bitkisi bioloji xüsusiyyətlərinə görə fərqlənir. Dadına görə daha turş olan bu meyvədən istər qida kimi, istərsə də təbabətdə geniş istifadə olunur. Qeyd edək ki, AMEA Lənkəran Regional Elmi Mərkəzinin “Sitrus kolleksiya bağı”nda Yaponiya, İran, Türkiyə və Rusiyadan gətirilən 12 növ limon, 7 naringi, 4 portağal, 4 qreypfrut və 3 quava sort formaları olmaqla 31 növ sitrus bitkisi üzərində elmi-tədqiqat işləri aparılır. Kanalın əsas məqsədi dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri azərbaycan və rus dillərində geniş auditoriyaya çatdırmaqdır. Baku.Tv ölkədə və dünyada baş verən ən aktual və maraqlı hadisələr barədə operativ videosujetlər hazırlayaraq auditoriyaya təqdim edir. Facebookda səhifəmiz: / www.baku.tv / __baku_tv__ https://baku.tv Kanalda bütün müəllif hüquqları qorunur. #BakuTv #Azerbaycan #trend