У нас вы можете посмотреть бесплатно Çürümüş Süd Dişləri Çıxarılmalıdırmı ?- VALİDEYİNLƏR DİQQƏT EDİN или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
El- Esthet Dental (+994-12) 538-11-38 (+994 50) 588-11-38 Süd dişlərinin vaxtından tez itirilməsi və Yer tutucular Süd dişləri sadəcə çeynəmə və görüntü üçün ağız boşluğunda varolmazlar, onların həmçinin ən vacib vəzifələrindən biri də özlərinə uyğun gələn daimi dişlər çıxana qədər ağız boşluğunda onların yerini qorumaqdır. Xüsusiylə keçmiş zamanlarda bu yer qoruma işinə laqeyd yanaşılardı və ağrıyan hər süd dişi düşünülmədən çəkilərdi. Nədə olsa yerinə yenisi gələcək deyə düşünülərdi. Amma tibbin hər sahəsi kimi diş həkimliyi də elmi cəhətdən inkişaf etdikcə, estetikliyə edilən diqqət günü-gündən artdıqca, bu işin bu qədər bəsit olmadığı da aydın oldu. Yer tutucular, vaxtından tez itirilmiş süd dişlərinin yerinə altdan gələcək olan daimi dişlər üçün boşluğu qoruyan sabit və ya hərəkətli aparatlardır. Süd dişlərinin vaxtından tez itirilməsi müxtəlif problemlərə səbəb ola bilməkdədir. Bunlardan ən vacibi süd dişinin altından gələcək olan daimi diş boşluğunun qorunmaması nəticəsində yaranan anomaliyalardır. Diş çəkiminin ardınca hazırlanacaq olan yer tutucular vasitəsiylə sonraki zamanlarda yaranabiləcək bu problemlərin qarşısını almaq mümkündür. Yer tutucular, sabit yer tutucular və hərəkətli yer tutucular olmaqla 2 yerə ayrılır. Sabit yer tutucular əksərən tək diş yoxluğunda istifadə olunarkən, hərəkətli yer tutucular birdən artıq diş yoxluğunda istifadə edilir. Sabit yer tutucular əksərən çəkilmiş diş boşluğunun arxasındakı dişə bir yapışdırıcı vasitəsiylə sabitənən metal aparatlardır, yalnız həkim tərəfindən taxılıb çıxardıla bilər.