У нас вы можете посмотреть бесплатно ANAL SAÇAQLARDAN NECƏ QURTULA BİLƏRİK? | Proktoloq Janna Xudaverdiyeva или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Anal çat nədir? Anal çat deyildikdə adətən anal kanalda boylama yarığın olması nəzərdə tutulur ki, tipik hallarda bu dişli xətdən anus kənarına qədər uzanır. Bu xoşxassəli anorektal xəstəliyin kifayət qədər geniş yayılmasına baxmayaraq, demək olar ki, populyasiyada rastgəlmə tezliyini əks etdirən məlumatlar nəşr edilməmişdir. Anal çatın yaranma səbəbləri nədir bəs? Qəbizlik və ishal, xəstəliyin inkişafına şərait yaradan amillər kimi, anamnezdə tez-tez qeyd edilir. Anal çatlar zamanı müşahidə olunan ilkin əlamət anal ağrıdır, çox zaman defekasiya aktı ilə əlaqəli yaranır və defekasiyadan sonra bir neçə saat müddətində davam edə bilər. Həmçinin çatların nəticəsində anorektal qanaxma yarana və bu simptomun olması yanlış olaraq simptomatik hemorroy (babasil) diaqnozunun qoyulmasına səbəb ola bilər. 90%-ə qədər hallarda anal çat anal kanalın arxa orta xəttində yerləşir. Ön orta xətdə yerləşən çatlar qadın pasientlərin 25%-də və kişi pasiyentlərin 8%-də rast gəlinir. Pasientlərin 3%-də çatlar eyni zamanda arxa və ön vəziyyətlərdə yerləşə bilər. Anal kanalın lateral hissəsində lokalizasiya olunan çatlar və çoxsaylı çatlar atipik hesab edilir və İİV infeksiyası, Kron xəstəliyi, sifilis, vərəm və hematoloji bədxassəli proseslərlə əlaqəsi nöqteyi-nəzərindən hərtərəfli müayinənin aparılmasını tələb edir.Anal çatın növləri hansılardır? Kəskin çatlar, simptomların 8 həftədən az müddət ərzində davam etməsi ilə xarakterizə olunaraq, boylama yarıqlar şəklində özünü göstərir. Daha artıq müddət davam edən çatlar zamanı, xroniki prosesin bir və ya bir neçə göstəricisi müşahidə olunacaq ki, bunlara çatın proksimal hissəsində hipertrofiyaya uğramış anal məməcik, çatın distal hissəsində dəri çıxıntısının olması və çatın dibində daxili anal sfinkter əzələsinin prosesə cəlb olunması aiddir.