У нас вы можете посмотреть бесплатно Xoşqədəm Hidayətqızının həyat yolu / Emekdar jurnalist Xosqedem Hidayetqizinin heyat yolu или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Əməkdar jurnalist Xoşqədəm Hidayətqızının həyat yolu Bize danis - Emekdar jurnalist Xosqedem Hidayetqizinin heyat yolu *** Tanınmış jurnalist Xoşqədəm Hidayət qızı Baxşəliyeva 13 yanvar tarixində keçmiş Ağdərə rayonunun Narışlar kəndində anadan olub. 1991-ci ildə Naxçıvan Dövlət Universitetinin Tarix fakültəsinə daxil olub. Elə həmin vaxtlardan da jurnalistikaya meyl göstərib. Yerli mətbuatda Qarabağdakı döyüşlərdən yazıları dərc edilib. Onun ilk yazısı isə orta məktəbin 5-c sinifində oxuyararkən "Azərbaycan pioneri" qəzetində çap edilib. 1993-cü ildən ailə vəziyyəti ilə əlaqədar olaraq təhsilini Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetində davam etdirib. 1995-ci ildə bu universitetdə təhsilini başa vurub. Sonradan Bakı Dövlət Universitetinin Hüquq fakültəsində ikinci təhsil alıb. Ciddi jurnalistlik fəaliyyətitnə başlayan X.Baxşəliyeva ilk uğurlarına 1997-98-ci illərdə nail olub. 1998-ci ildə «Üç nöqtə» qəzetini təsis edib və onun baş redaktoru kimi fəaliyyətə başlayıb. Altı ay sonra "Üç nöqdə" qəzeti yüksək tiraja satılmağa başladığı və oxucular tərəfindən böyük rəğbət qazandığı üçün «Yeni nəsil» Jurnalistlər Birliyi tərəfindən «İlin debutantı» mükafatına layiq görülüb. Bundan sonra qəzet və onun baş redaktoru onlarla mükafat alıb: «İlin jurnalisti», «Peşəkar jurnalist», Vətənpərvər jurnalist», «Mübariz qəzetçi» və s. O, «Media-2005» seçki blokunun təşəbbüskarlarından və ən fəal üzvlərindən biri olub. 2004-cü ilin fevralında Dünya Azərbaycanlılarının Köln Konqresində qurumun fəxri üzvü seçilib. 2005-ci ildə isə Azərbaycan Prezidentinin sərəncamı ilə mətbuatın inkişafındakı xidmətlərinə görə «Tərəqqi» medalı ilə təltif olunub. 2016-cı ildə Azərbaycan Respublikasının televiziya və radio işçilərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Xoşqədəm Hidayətqızı əməkdar jurnalist fəxri adına layiq görülüb. O, jurnalistilik fəaliyyəti dövründə Suriya, Əfqanıstan, İraq kimi müharibə zonalarında fəaliyyət göstərib və gərgin şəraitdə hazırladığı repsortajlarla günlərlə müzakirə obyektinə çevrilib. 2014-cü ildə türk müğənnisi Doğuş ilə evlənmişdir. Onun 3 oğlu var.