У нас вы можете посмотреть бесплатно Salyanda ilk dəfə çəltik əkilir, fermerlər “sədri” sortuna üstünlük veriblər или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Salyanda ilk dəfə çəltik əkilir, fermerlər “sədri” sortuna üstünlük veriblər Əvvəllər ölkəmizdə çəltik əkinçiliyinə görə üç zona fərqlənirdisə bu ildən digər rayonlarımızda da bu bitkinin əkininə başlanıldı. Salyan rayonunda ilkin olaraq bu il 3 hektar sahədə çəltik əkiləcək. Salyanda uzun illərdir pambıq, taxıl və digər kənd təsərrüfatı bitkiləri əkilir. Rayonda bu günə kimi çəltik əkən olmamışdı. Çəltik əkmək istəyən olsa belə məhsul əldə edə bilməyəcəyindən qorxan fermerlər risk etmirdilər. Səbəb isə sadəcə torpağın şorakət olmasıdır. Amma buna baxmayaraq rayonun Sarvan kəndində ilk dəfə olaraq çəltik əkininə başlanıldı. Torpaq sahibi Mərdan Cəlilov bu il ilkin olaraq 3 hektar sahədə çəltik əkməyi nəzərdə tutub. Əkindən əvvəl cənublu mütəxəssislərin məsləhəti ilə dərin dondurma şumu aparılıb. Səpinqabağı yenə şumlanıb. Bundan sonra ləklər hazırlanıb, tirlər düzəldilib və sahə səpinə tam hazır vəziyyətə gətirilib. Əkin zamanı yerli “Sədri” toxumundan istifadə edilir. Toxumlar isə ləklərə əllə səpilir. Artıq 2 hektara yaxın sahədə çəltik əkini həyata keçirilib. Mayın əvvəlində bəzi yerlərdə əkilən toxumlarda cücərti əmələ gəlib. Təsərrüfat sahibi bu il hər hektardan 5-6 ton məhsul götürməyi planlaşdırıb. Bu mövsümdə yüksək məhsuldarlıq əldə edərsə gələcəkdə çəltik sahələrini genişləndirmək niyyətindədir.