У нас вы можете посмотреть бесплатно Dodaq və damaq yarığı - Plastik, Rekonstruktiv və Estetik cərrah Uzm.Dr. İlyaz Axundzadə или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Hospitalımızın plastik, rekonstruktiv və estetik cərrahı Uzm.Dr. İlyaz Axundzadə dodaq və damaq yırtığı haqqında danışıb. İzləməyi və suallarınızı qeyd etməyi unutmayın. Hər ailədə uşaq, təbii ki, gözlənilən bir məsələdir. Amma, təəssüf ki, bəzən təbiətin qanunlarına uyğun olaraq uşaqlarda da müəyyən deformasiyalar əmələ gəlir. Onlardan biri də anadangəlmə dodaq və damaq yarığıdır. Ya da ki, tibbdə onları adlandırdığımız kimi, qurdağız və ya dovşandodağı deformasiyasıdır. Bunlar nədir? Uşaq doğulduqda üst dodaqda buruna qədər davam edən bir yarıq, toxumaların ayrılması olur və qurdağızlıq da varsa, o zaman sərt damaq, bəzən yumşaq damaq, bəzən hər ikisi birlikdə açıq olur və beləliklə, ağıziçinə baxdığımızda burun boşluğunu görmüş oluruq. Bu problemlər həm əvvəla valideynlər üçün çox böyük bir problem və stress qaynağıdır, həm də uşaq üçün gələcək həyatında psixoloji stres olmaqla bərabər bəzi tibbi problemlərə də yol açır. Məsələn, belə uşaqlarda biz çox-çox otit, yəni orta qulaq iltihabı kimi problemlərlə qarşılaşırıq. Belə insanlar da çox vaxt zehni nöqteyi-nəzərdən normal olur. Bunları bir fərd olaraq cəmiyyətimizə qazandırmaq üçün nə qədər tez, düzgün davransaq, o qədər daha yaxşı olacaq. Ona görə valideynlərə buradan səslənirəm və belə uşaqları mütləq, ilk günlərindən həkim nəzarəti altında tutmalarını tövsiyə edirəm. Belə ki, uşaq ilk doğulduğunda onun bəslənməsi çox önəmlidir. Çox vaxt belə uşaqlara zont salırlar. Ağız bəslənməsindən məhrum qoyurlar. Bu çox səhvdir. Belə şey etmək olmaz. Bu uşaqları ən kiçik yaşlarından belə kiçik qaşıqla oturan vəziyyətdə, yəni şaquli vəziyyətdə bəsləmək lazımdır. Bu, həmçinin, gələcəkdəki əməliyyatlarda da onlara kömək olacaq. kecid hansı əməliyyatlar nə zaman aparılır? İlk, əlbəttə ki, dodaq əməliyyatı aparılır. Dünyada bu əməliyyatların əməliyyatdan öncə hazırlanmaların protokolları davamlı olaraq dəyişir. Amma praktik qayda odur ki, bu uşaq dodağı 3 aylıq ikən əməliyyat olunmalıdır. Ən azı 3 aylıq ikən. Əlbəttə, bəzi mərkəzlərdə 2-3 günlük olarkən aparılır. Amma 3 aylıq ən standart qəbul olunmuş bir prosedurdur. Ondan da əvvəl lazım olduqda prosthodont və yaxud da ortodont müalicəsi də aparıla bilər. Dodaq bərpa olunduqdan sonra, əlbəttə ki, valideynlər çox sevincli olur, çünki uşaq ən azından normal üz cizgilərinə qovuşur. Amma əgər damaq yarığı bunun altında varsa, bunun da vaxtında mütləq vaxtında müalicəsi lazımdır. Yaşadığımız ölkədə, təəssüf ki, sovet standartları hələ də hökm sürdükləri üçün bəzən bu əməliyyat gecikir. Halbuki damaq bağlanması uşağın danışmağa başladıqdan əvvəl olunacaq bir əməliyyatdır. Belə ki, uşaq haradasa 12 ilə 18 aylıq ikən bu əməliyyat aparılır. Damaq tamamən bağladılmalıdır. Yəni sonraya qalsın və.s kimi şeylər olmaz, qəbuledilməzdir. Belə deyim ki, ən azından uşaq 5 yaşına çatmazdan əvvəl damaq bağlanmalıdır. Çünki əgər 5 yaşından sonra belə uşaqlar bizə müraciət etsə, yəni əməliyyat olunsalar belə, onların nitqi artıq qüsurlu formalaşmış olur və bunlardan onları döndürmək çox çətin bir məsələ olur. Ümumiyyətlə, yarıq dodaq və damaq çox böyük bir mövzudur və çox problemli bir mövzudur. Əslində, bir cərrahın oxşatdığı kimi, bir pazl kimi bir şeydir və bu pazlı bəzən bütün həyat boyu yığmaq lazım olur. Belə ki, bu uşaqlarda əgər dodaq da bağlansa, damaq da bağlansa, bəzən üz inkişafında problemlər ortaya çıxır ki, bunları da mərhələli bir şəkildə müalicə etmək lazımdır. Məsələn, uşaq təxminən 6-8 yaşında olarkən dişlərin düzgün çıxması üçün əlavə diş qövsünün bərpası üçün əməliyyat etdirmək lazım ola bilər. Bəzi uşaqlarda 5 yaşında ikən burun körpüsünün, kolumella dediyimiz burun körpüsünün düzgün formalaşması üçün əlavə əməliyyat lazım olur. Yenə bəzilərinə damağın genişlədilməsi üçün ortodontik prosedurlar lazım olur. Uşaq haradasa yetkinlik yaşına, 16-17 yaşına çatdıqda bəzilərində burun deformasiyası qalır və burun əməliyyatları lazım olur. Bəzilərində isə əngi, yəni üz çənəsi inkişafdan qaldığı üçün onun üçün də əlavə əməliyyatlar lazım ola bilər. Əlbəttə ki, çapıqlar hər zaman hər hansı bir əməliyyatın müşahidə etdiyi bir vəziyyətdir və çapıqlar da bəzən ara-ara əlavə bir müalicə üçün, əlavə bir düzəltmə üçün əməliyyat tələb edə bilər.