У нас вы можете посмотреть бесплатно Niyə bütün sayğaclar smart kartla əvəz edilmir? или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
#APATV #Azəriqaz #sayğac #sayğaclar #smartkart #qazistehlakçıları #smartkarttiplisayğac #Açıqqapı #EldənizVəliyev Ölkədə qaz istehlakçılarının bir çoxu smart kart tipli sayğacların daha sərfəli olduğunu iddia edir. Lakin illərdir smart kart tipli sayğaclara tələbat artığı halda, niyə bütün mexaniki sayğaclar smart kart tipli sayğaclarla əvəz edilmir? APA TV-nin xəbərinə görə, “Azəriqaz” İstehsalat Birliyində keçirilən növbəti “Açıq qapı” aksiyası zamanı qurumun hüquq departamentinin rəisi Vüqar Eyvazov bildirib ki, hər iki sayğac tipinin öz üstünlükləri var. Lakin sayğacların alınması tender üsulu ilə aparıldığı üçün burada mexaniki sayğacların da alınması lazım gəlir: ”Xüsusi ilə qeyri-əhali üçün pandemiya dövründə o mexaniki sayğaclara tələbat artığı üçün biz də o tipli sayğaclara üstünlük verdik. Çünki hər dəfə kartı aparıb, doldurmaq problem olurdu. İkinci bir səbəb isə bunun sahibkarla üstünlüyü var. Məsələn elə yerlər var ki, sutkalıq işləyir, çox qaz sərfiyyatı aparılır, bu isə həmin şəxslərə imkan verir ki, mexaniki sayğac olduğu üçün qaz kəsilməsin”. Qurumun mətbuat xidmətinin rəisi Eldəniz Vəliyevin isə bildirdi ki, 2022-ci ildə ölkədə qazla təchiz olunan yaşayış məntəqələrinin sayı 2021-ci ilə nisbətən iki dəfə çox olacaq: ”Əhalinin qazlaşma səviyyəsi 96 faizin üzərindədir. Bu il isə 50-55 yaşayış məntəqəsində qazlaşma prosesi həyata keçirildi, onların 90 faiz işləri artıq yekunlaşıb. Geri qalan hissə isə bu ilin sonuna kimi yekunlaşacaq. Həmçinin 2022-ci ilin hədəflərində 110 yaşayış məntəqəsində qazlaşma aparılacaq”. Aksiya feysbuk sosial şəbəkəsi üzərindən canlı yayımlanıb. Vətəndaşların sualları da canlı yayım vasitəsilə cavablandırılıb. ✅ Rəsmi saytımız: https://apa.tv ✅ Rəsmi facebook səhifəmiz: / tvapaxeber ✅ Rəsmi instagram səhifəmiz: / apatvresmi ✅ Rəsmi twitter səhifəmiz: / apatvofficial ✅ Rəsmi teleqram səhifəmiz: https://t.me/apa_tv ✅ Rəsmi youtube kanalımız: https://www.youtube.com/APAGROUPOffic... Copyright © APA TV