У нас вы можете посмотреть бесплатно Epi – Əlvida (Rəsmi Audio) или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Epi-nin "Əlvida" treki artıq onlayndır. Epi-yə YouTube-da abunə ol: https://mikpro.az/epiyt Rəqəmsal platformalarda dinlə: https://bfan.link/epi-f5 Musiqi və söz: Epi Beat: Clavis Miks və masterinq: ALİGEE Səsyazma: Koma Records Vizualizasiya: @ziyagram Epi-ni sosial şəbəkələrdə izlə: Instagram: https://mikpro.az/epiig Genius: https://mikpro.az/epign Epi-ni rəqəmsal platformalarda dinlə: Keçid: https://mikpro.az/epi.dinle Sözlər: [Bənd 1] Söz ağızda bişir, qazana atmırıq ki, bişə Haram əti çəkib şişə dartmırıq ki dişə Güzgüdə əksimə baxdım, çatlayıbdır şüşə Gözəl günlər qabaqdadır, çatmırıq ki, düşək İçi dolu kin olanlara verməmişəm bir anlam Yuxumu suya danışdım, suya düşdü planlar Əvvəl ilan oyununu oynayırdım “Nokia”da İndi oyun oynayırlar naümid kimi ilanlar Yaxşı elədiyim işə pis əməllər qarışır Dağ bildiyim adamlar da təpələrlə yarışır Mənim danışdırmadığım niyə məndən danışır? Kişi kimi sözünüz var, gəlib mənlə danışın Yavaş-yavaş yaşlanırsa ürək, beyin, ciyər Epidə ağıl biixtiyar gedib, gəzib diyar-diyar “Hype” tutunca ağlayırdın piar, piar, piar Ala, tutaq ki, mən uduzmuşam, nə qazandın, xiyar? Burnumdan gətirdilər ən şirin günümü Ağac əkən daşıyarmı əncirin yükünü? Həftəsonu işlədirəm məntiqin gücünü Bəlkə, həftədən çıxartmaq olar ən birinci günü? Yəni mən birinci gülün yaxşı toxumların seçim Əkim ki, tikanlı güllərimə toxunmadan keçin Su görməyən gülün ömrü tox olmadan keçir Var olanın qədrin bilin, yox olmadan seçin Dedilər: “Bizlə ol”,-dedim, yox, olmuram keçi İnadım var, hər yerə, açığı, soxulmuram keçib Keçməz, dedim, atdıqları ox onların keçir Şeytana da o vaxt dərsi qohumların keçib [Nəqərat] Əlvida, əlvida Məndən üz əlini daha Bir sual, tək nida Məndən üz əlini daha Əlvida, əlvida Məndən üz əlini daha Bir sual, tək nida Məndən üz əlini daha [Bənd 2] Gecə sadə düşündüyüm yadımda gündüz qalmır Və mürəkkəb düşüncələrdə ağlımda düz qalmır Əsl dostlar biri-birinin ağzından söz almır Yerin qulağı yoxdur, bunların ağzında söz qalmır Görəsən, canavarlar nələr pusub naxırda? Əkbər Epi ilə danışıb, kədər susub axırda Sizlə elədiyim söhbət nə böyükdür, nə xırda İlana bal içirtmişəm, zəhər qusub axırda Qollarını gizlətmə, hər atdığın qoldursa Qollarını gizlədənə böyük yükdür qol qısa Gəl hər şeyi dərd eləmə, məncə, olan oldusa Siçan baxıb deyib ki, pendir böyükdür, yol qısa Heç olmasa, bu dediyim fikirlərə qulaq verin Qızlara cehiz içində silah, bir də daraq verin Şəxsən paylayardım, olsa, çoxlu revolverim Ölməmişdən öncə qorusun hamısı günah yerin Atalara səslənirəm: aranızı açın qızla Yaşı balaca qızlar nələr eləyər acığınıza Fikrimi bu sətirdə, istəyirəm, açıq cızam Niyə son zamanlarda evlərindən qaçır qızlar?! İşlərin uğursuz keçir onu uğur saymayanda İşlərin uğurlu olur şərəf, qürur qalmayanda Həqiqətlər əvvəl-axır səni boğur anlayanda Xoruz da elə bilir ki, Günəş doğur banlayanda [Nəqərat] Əlvida, əlvida Məndən üz əlini daha Bir sual, tək nida Məndən üz əlini daha Əlvida, əlvida Məndən üz əlini daha Bir sual, tək nida Məndən üz əlini daha Epi tərəfindən ifa olunan "Əlvida" parçasının rəsmi audiosu. Bu videonun bütün hüquqları "mikpro" tərəfindən qorunur. © 2026 Etiketlər: #Epi #Əlvida #mikpro