У нас вы можете посмотреть бесплатно Xocavənd rayonunda yeni hərbi hospital istifadəyə verilib или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Xocavənd rayonunda yeni hərbi hospital istifadəyə verilib. Açılış mərasimində iştirak edən Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyətinə məlumat verilib ki, 250 çarpayılıq hərbi hospital 4 hektara yaxın ərazini əhatə edir. Mərkəzdə qərargah, birmərtəbəli patoloji anatomiya, daimi oksigen təminatı üçün oksigen və transformator binaları tikilib, eləcə də su, ərzaq və əşya anbarları, əsgər yeməkxanası, hamam-camaşırxana-qazanxana kompleksi, avtopark, nəzarət buraxılış məntəqəsi inşa edilib. Hərbi hospitalda üçmərtəbəli müalicə diaqnostika korpusunun da inşa edildiyi diqqətə çatdırılıb. Hərbi hospitalda yaradılan şəraitlə tanış olduqdan sonra müdafiə naziri burada müalicə alan hərbi qulluqçular və tibbi personalla görüşərək onları müqəddəs Qurban bayramı münasibətilə təbrik edib. Hospitalın şəxsi heyəti üçün qurbanlıqlar kəsilib və bayram sovqatları təqdim olunub. Daha sonra general-polkovnik Zakir Həsənov hərbi hospitalın ərazisində tibbi personal və onların ailə üzvləri üçün hazırlanan yaşayış binalarının açılış mərasimində iştirak edib. ** / ictimai.tv / ictimaitv.official https://itv.az/ #ictimaitv #video #televiziya #baku #videolar #itv