У нас вы можете посмотреть бесплатно İLK MODUL TİPLİ XƏSTƏXANA İSTİFADƏYƏ VERİLİB или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Bakıda istifadəyə verilən ilk modul tipli xəstəxananın tikintisi və quraşdırılma işləri 3 həftədə tamamlanıb. Ümumi sahəsi 3000 kvadratmetr olan kompleks 1 saylı Kliniki Tibbi Mərkəzin nəzdində fəaliyyət göstərəcək. Hənifə Ələsgərov və Cəlil Məmmədquluzadə küçələrinin kəsişməsində yerləşən bu xəstəxana kompleksinin əsas missiyası koronavirus pandemiyasi zamani tibb müəssisələrinə və tibbi avadanlığa artan tələbatın qarşılanmasından ibarətdir. Prezident İlham Əliyev ilk modul tipli xəstəxananın açılışını etdikdən sonra xəstəxana TƏBİB-ə təhvil verilib. Burada quraşdırılan xüsusi havalandırma sistemi havanı ventilyasiya qurğusu ilə təmizlədikdən sonra palatalara ötürür.Qısa müddət ərzində sadə beton bünövrə üzərində quraşdırılan xəstəxana dezinfeksiya vasitələri ilə təchiz olunub. May ayı ərzində modul tipli daha 5 xəstəxana kompleksinin, iyun ayının ortalarınadək isə digər 4 kompleksin istifadəyə verilməsi nəzərdə tutulub. Bu xəstəxanalarda daha biri Bakıda, digərləri isə Gəncə, Sumqayıt, Abşeron, Şəki, İsmayıllı, Qəbələ, Qobustan və Şamaxıda quraşdırılacaq. Bu komplekslər müəyyən edilən şəhər və rayonlardakı mövcud xəstəxanaların yaxınlığında quraşdırılaraq onlara təhkim ediləcək. bu da koronavirus xəstələrinin lazımi tibbi xidmətlərlə əhatə olunması üçün vahid idarəetməni və tibbi koordinasiyanı təmin edəcək.Modul tipli xəstəxanaların istifadəyə verilməsi nəticəsində ölkəmizin səhiyyə sisteminin əlavə 2000 çarpayılıq ehtiyatı yaranacaq.