У нас вы можете посмотреть бесплатно COVID-19-a qarşı olan vaksinlər insanlarda xəstəlik yaradır? | Peyvəndlər bədənimizə nə edir? или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
COVID-19-a qarşı olan vaksinlər insanlarda xəstəlik yaradır? | Peyvəndlər bədənimizə nə edir? Peyvəndlərin, xüsusilə də COVID-19-a qarşı aparılan vaksinləmənin sağlamlığa təhlükə yaratması ilə bağlı narahatlıqlar hələ də mövcuddur. Qeyd olunan hallarla yanaşı, “CBC News” 2025-ci ildə yayımladığı materialda “Pfizer” peyvəndinin tətbiqindən sonra ürək əzələsinin və ürəyi əhatə edən qişanın iltihabı hallarına rast gəlindiyini bildirib. Maraqlıdır, bu iddialar həqiqətə nə qədər yaxındır? Həkim Adil Qeybullanın sözlərinə görə, günümüzdə COVID pandemiyası, onun insan orqanizmində buraxdığı izlər, eləcə də vaksinləmənin özü və təsirləri geniş şəkildə araşdırılan məsələlərdir: “Ona görə də hesab edirəm ki, bu cür qənaətlər, əslində, antivaksin təbliğatının tərkib hissəsidir. Bu iddialar müəyyən şəxslər tərəfindən yayılır. Qeyd olunan dəyişikliklər COVID pandemiyası dövründə keçirilmiş infeksiyanın qalığı kimi də izah oluna bilər. Məsələn, onkoloji xəstəliklərin, yaddaş və digər funksional pozuntuların yaranması və s. Amma bütün bunları peyvənd ilə əlaqələndirmək üçün kifayət qədər əsas yoxdur”. Məsələ ilə bağlı Səhiyyə Nazirliyindən bildirilib ki, bu iddialar əsassızdır: “COVID-19 əleyhinə tətbiq olunan peyvəndlərlə gənclərdə baş verən ürəktutmaları arasında birbaşa səbəb-nəticə əlaqəsini təsdiqləyən etibarlı elmi sübutlar mövcud deyil. Bu sahədə aparılan beynəlxalq və yerli tibbi müşahidələr peyvəndlərin təhlükəsiz və effektiv olduğunu göstərir. Ayrı-ayrı sağlamlıq halları peyvənddən asılı olmayaraq müxtəlif tibbi səbəblərlə baş verə bilər və hər bir vəziyyət sübuta əsaslanan tibb prinsiplərinə uyğun olaraq həkimlər tərəfindən fərdi şəkildə qiymətləndirilir”. Nazirlikdən o da vurğulanıb ki, məsələ mütəmadi olaraq nəzarətdə saxlanılır və elmi cəhətdən təsdiqlənmiş yeni məlumatlar əldə edildikcə ictimaiyyətə açıq şəkildə təqdim olunur. Bizi WhatsApp-da izləyin https://whatsapp.com/channel/0029VaAm... https://t.me/bakutvxeber https://x.com/bakutvofficial / baku.tv https://www.baku.tv COVID-19-a qarşı olan vaksinlər insanlarda xəstəlik yaradır? | Peyvəndlər bədənimizə nə edir? 2026 © All Rights Reserved ℗ "Baku TV" LLC ™ #bakutv #bakutvxəbər #covid19 #peyvendlər #xəstəlik #sağlamlıq #tibb baku tv,baku tv xəbər, aktual xəbər, Azərbaycan xəbərləri, xəbər, baku tv canlı, gündəm, son dəqiqə, xəbər, Azərbaycanda son xəbərlər, Azərbaycan