У нас вы можете посмотреть бесплатно Qocalır anam... . Cabir Novruz. Emin Turan İmamoğlu. или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Söz: Cabir Novruz. Bəstəkar: Emin Sabitoğlu. #eminturanimamoğlu #bədiiqiraət #ayrılıq #şeir #poeziya #poeziyateatrı #cabirnovruz #eminsabitoğlu Gözüm görə-görə qocalır anam, Görən niyə belə qocalır anam?! Qaynar gəncliyindən əsər qalmayıb, Baxırsan, izi də itib- batıbdır. Onda güc qalmayıb, kəsər qalmayıb, Neyləsin, çiynində illər yatıbdır! Əlindən nə gələr övladların da… Gözünün işığı keçir, görürəm. Böyük qocalığın qanadlarında Anam əllərimdən uçur, görürəm. Uçur, iti uçur…Qocaldıqca o, Uçur…Fikrimi də uçurur hər gün. Gödəlir, qısalır boyu- buxunu, Nazilir, incəlir, kiçilir hər gün. Lap qocalıqdan da uzaqlaşır o, Elə qocaldıqca uşaqlaşır o… Qocalır əlləri, səsi, baxışı, Tək adı, famili cavan qalıbdır. Başına ağ duman sanki axışıb, Qırışlar üzündə yuva salıbdır Könlü ayrılmayır xatirələrdən, Ötənlər necə də şən gəlir ona. Boğçadan çıxarıb geyəndə hərdən Gəlinlik paltarı gen gəlir ona… Uçub yaraşığı, itib bəzəyi, Düşür barmağından nişan üzüyü. Qocalır bu qoca cahanda anam, Ancaq vaxt var idi cavandı anam… Bir vaxt qəşəng idi, zirək idi o, Bir vaxt yer üzünə gərək idi o. Gərəkdi ərinə, balalarına, Ömrün xoş gününə, bəlalarına… Necə tələsərdi həyat sürməyə, Coşan Arazdı o, daşan Kürdü o, Gəlin gətirməyə, qız köçürməyə, Qaynana olmağa tələsərdi o. Quş kimi səkərdi, uçardı anam, Bəs necə oldu ki, qocaldı anam?! Baxıb sonbeşiyə, doymayıb ilkdən, Mən eşqə düşəndə o bəndə düşdü. Deyirəm, bəlkə də, başına ilk dən Başıma ilk sevda düşəndə düşdü?! Ötür bu minvalla payız, qış, bahar, Evlərdən toy səsi ucalır hər gün. Gülür, çiçəklənir cavan analar, Mənim qoca anam qocalır hər gün, Bir nəğmə deyirəm, ana, can, ana, Şerim bu mahnını hey çalır hər gün. Körpə nəvələri gəlir cahana, Mənim qoca anam qocalır hər gün. Arzular, duyğular aşıb- daşırlar, Arzular boy atıb ucalır hər gün. Hər gün övladları cavanlaşırlar, Mənim qoca anam qocalır hər gün. Acını, şirini dadıb dünyada, Ömrün mənasını duyub gedir o, Anam tək olsa da, qoca olsa da, Həyatda bir nəsil qoyub gedir o.