У нас вы можете посмотреть бесплатно Cavanşir Quliyev: "Niyə hesab edirlər ki, biz azərbaycanlılar bundan yaxşısına layiq deyilik?" или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Səadət Akifqızının Sual vaxtı YouTube proqramının qonağı bəstəkar Cavanşir Quliyev Azərbaycanda ictimai-siyasi mənzərə, sənət adamlarının problemləri və sənətçilərə olan qadağaları şərh edib. "Sənatkarın ruhu azad olmalıdır. Azad olmayan sənətkar hökümətə, hakimiyyətə bağlı olan, ona əl açan sənətkar əsərlərində də azad olmayacaq və keyfiyyətli əsərlər də yazılmayacaq" deyə o, müsahibəsində bildirib. Cavanşir Quliyev müsahibəsində dövlət televiziyası olan AzTV-dən hazırlanan bir tamaşanın musiqisini yazmaqla bağlı sifariş aldığını, ancaq sonradan rəhbərliyin bu sifarişin ona verilməsini bildikdə buna mane olduğunu söyləyib: “Bu tamaşada xaricdə yaşayan azərbaycanlı aktyorlar da çəkiləcək, məndən də musiqini yazmağımı istədilər. Hətta başladım da işləməyə. Bir müddətdən sonra tamaşanın rejissoru dedi ki, AzTV-nin yeni sədri Rövşən müəllim dedi ki, bu tamaşanın musiqisini Cavanşir yazmayacaq”. AzTV-nin mətbuat xidmətindən BBC News Azərbaycancaya bildirilib ki, “bəstəkarın bu ittihamının haradan qaynaqlandığı” onlar üçün də “müəmmalı”dər və bunu araşdırılacaqlar. Qurumun sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mübariz Aslanovun sözlərinə görə, AzTV-nin "Azərbaycantelefilm" Yaradıcılıq Birliyində hazırda çəkilişləri aparılan film və tamaşaların heç birində “bəstəkar olaraq Cavanşir Quliyevə heç bir rəsmi müraciət olmayıb və yaxud bundan rəsmi imtina olmayıb”. “Ümumiyyətlə əvvəldən təsdiqlənən hər hansı bir yaradıcı heyətin siyahılarının heç birində Cavanşir Quliyevin adı olmayıb. Bu baxımdan bəstəkarın bu ittihamının haradan qaynaqlandığı bizim üçün də müəmmalıdır və bu, araşdırılacaq”, Mübariz Aslanov qeyd edib. Sözçü onu da vurğulayıb ki, AzTV heç bir zaman hansısa sənətçinin və ya mədəniyyət xadiminin əsərlərinə qadağa qoymayıb: “İstər AzTV, istərsə də Mədəniyyət kanallarında onlarla tanınmış sənətçilərin, xalq və əməkdar artistlərin, bəstəkarların əsərləri yer alır və bu zaman Cavanşir Quliyevin də repertuarına yer verilir. Yeni tamaşalara gəlincə, istər aktyor, istərsə də musiqi tərtibatını bilavasitə peşəkarlara, bu sahədə öz sözünü deyən mütəxəssislərə etibar etmişik”, Mübariz Aslanov əlavə edib. BBC Azərbaycanca Xidməti Azərbaycan və dünyada baş verən mühüm, maraqlı və yadda qalan hadisələr barədə videoları sizə çatdırır. http://bbc.co.uk/azeri Bizi sosial şəbəkələrdə izləyin, şərh yazın və paylaşın: Facebook: / bbcazeri Twitter: / bbcazeri Instagram: / bbcazeri WhatsApp-da "BBC" yaz göndər, xəbərlər telefonuna gəlsin: +44 7548 711235 Youtube səhifəmizdə olan digər videoları da izləyin. Dünyada bugün • Dünyada bugün Manata nə oldu? • Manata nə oldu? Qadınlar, sizin üçün • Qadınlar, sizin üçün 1 dəqiqəlik videolar • 1 dəqiqəlik videolar Müsahibələr – Sizin səsiniz • Müsahibələr - Sizin Səsiniz Azərbaycanlılar Britaniyada • Azərbaycanlılar Britaniyada LOL və ya “yaxşı xəbərlər” • LOL və ya "yaxşı xəbərlər" Niyə, nə üçün - izahedici videolar • Nə və niyə? Qarabağ münaqişəsi • Qarabağ münaqişəsi 26 sentyabr referendumu • 26 sentyabr referendumu Qəribə hadisələr • Qəribə hadisələr Böyük köç: Avropaya gedən yol • Böyük köç: Avropaya gedən yol Formula 1 Bakıda • Formula 1 - F1 Bakıda İD qrupunun ən çox axtardığı gənclər • İD qrupunun ən çox axtardığı gənclər Dünya xəbərləri bülleteni • Dünya xəbərləri bülleteni Mənim Şəhərim • Mənim Şəhərim Birinci Dünya Müharibəsi: Səngərlərdən Kənarda • Birinci Dünya Müharibəsi: Səngərlərdən Kən... Sizin Sözlərinizlə • Sosial media icmalı - Sizin şərhləriniz Britaniyada tələbə olan azərbaycanlılar • Britaniyada tələbə olan azərbaycanlılar Azərbaycan da bu gün • Azərbaycanda bu gün Bölgələrdən • Bölgələrdən Gənclər sizin üçün • Gənclər, sizin üçün Sosial problemlər • Sosial problemlər