У нас вы можете посмотреть бесплатно SOVET HƏKİMİ: 10 günə Qaraciyər Piylərini ÖMÜRLÜK ƏRİDİR или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
#BirBax #xalqtəbabəti #sağlamlıq Sosial şəbəkə hesablarımız: İnstagram: / birbax_official Facebook: / birbax1 Tik-Tok: / xeyalenin_saati 1:05- Qaraciyərdə problem olduğunu göstərən əlamətlər 1:33 - Doktor Neumıvakinin qaraciyərin bərpası üçün təklif etdiyi üsullar 1:38 - Tyubaj üsulu 2:03 - Limon suyu və zeytun yağı metodu 2:28 - Su rejimi və detoksifikasiya 2:40 - Yulaf kiseli ilə müalicə 2:58 - Sağlam qidalanma prinsipləri Məşhur Sovet həkimi İvan Pavloviç Neumıvakinin qaraciyəri cəmi 10 günə bərpa edən resepti ilə bu gün sizi tanış edəcəyik. Əminəm ki, bu videodan sonra hər biriniz çox sağ olun deyəcəksiniz. Diqqətiniz məndə olsun. Qaraciyər orqanizmin əsas filtridir, hər gün qanı toksinlərdən təmizləyir. Lakin zaman keçdikcə, qeyri-sağlam həyat tərzi və müxtəlif amillərin təsirindən qaraciyər ciddi şəkildə köməyə ehtiyac duymağa başlayır. Ev şəraitində aclıq çəkmədən, mürəkkəb prosedurlar olmadan qaraciyəri təmizləmək və bərpa etmək mümkündür. Necə? Indi biləcəksiz. Qaraciyərin funksiyaları çoxşaxəlidir: toksinləri təmizləyir, maddələr mübadiləsini tənzimləyir və yağların həzmi üçün öd istehsal edir. Qaraciyərin problemlərindən biri də qaraciyər piylənməsi (yağlı hepatoz) olub, düzgün olmayan qidalanma, xroniki stress və hərəkətsiz həyat tərzi nəticəsində yaranır. Müalicə olunmazsa sirroza və hətta xərçəngə çevrilə bilər. Bəs maraqlıdır, qaraciyərdə problem olduğunu göstərən əlamətlər hansılardır? • Sağ tərəfdə daimi ağırlıq və narahatlıq hissi • Ağızda acılıq dadı, xüsusən səhərlər • Daimi yorğunluq, halsızlıq və yuxululuq • Dəri və gözlərin saralması (sarılıq) • Həzm problemləri: köp, ürəkbulanma və qəbizlik • Dəridə səpgi, qaşıntı və piqment ləkələri Doktor Neumıvakinin qaraciyərin bərpası üçün təklif etdiyi üsullar: 1. Tyubaj üsulu Tyubaj qaraciyəri təmizləməyin ən məşhur metodlarından biridir. Acqarına isti və ya qazsız mineral suya sorbit və ya maqnezium əlavə edilir. Daha sonra sağ tərəfə yatıb qaraciyər üzərinə qrelka qoyaraq 1-1.5 saat qalmaq lazımdır. Bu metod ödün axınını stimullaşdırır və qaraciyəri toksinlərdən azad edir. 2. Limon suyu və zeytun yağı metodu Acqarına səhərlər bir qaşıq limon suyu və bir qaşıq zeytun yağı qarışığı qəbul etmək qaraciyəri təmizləyir, həzmi yaxşılaşdırır və metabolizmi sürətləndirir. 7-10 gün ərzində hər səhər tətbiq edilir. 3. Su rejimi və detoksifikasiya Hər səhər yeməkdən əvvəl limonlu isti su içmək qaraciyəri aktivləşdirir və gün ərzində ən az 2 litr təmiz su qəbul etmək vacibdir. 4. Yulaf kiseli ilə müalicə Yulaf dənələri qaynadılıb dəmlənərək hazırlanmış içki qaraciyərin hüceyrələrini bərpa edir, iltihabı azaldır və mədə-bağırsaq traktının işini yaxşılaşdırır. 5. Sağlam qidalanma prinsipləri Yağlı, qızardılmış yeməklərdən, fast-food və spirtli içkilərdən imtina edərək tərəvəz, meyvə, taxıl məhsulları, yağsız ət və balıq qəbul etmək tövsiyə olunur. Həmçinin, bitki lifləri ilə zəngin qidalar qəbul edilməlidir. 6. Fiziki aktivlik və idman Gündəlik 30-40 dəqiqə piyada gəzmək və ya idmanla məşğul olmaq qan dövranını yaxşılaşdırır, metabolizmi sürətləndirir və qaraciyərin sağlamlığına müsbət təsir göstərir. 7. Hidrogen peroksid terapiyası Bu metod gündə üç dəfə yeməkdən öncə bir stəkan suya 1 damcı 3%-lik hidrogen peroksid əlavə edərək qəbul edilir. Gündə bir damcı artıraraq 10 gün ərzində 10 damcıya çatdırılır, sonra isə 5 gün fasilə verilir. Metod qan dövranını yaxşılaşdırır və toksinlərin çıxarılmasına kömək edir. 8. İtburnu dəmləməsi Üç xörək qaşığı itburnu meyvəsi yarım litr qaynar suda termosda 10-12 saat dəmlənir. Acqarına hər səhər bir stəkan içilir. İstəyə görə bal və ya sorbit əlavə edilə bilər. 9. Ənginar (rastoropşa) Ənginar toxumları qaraciyər hüceyrələrini qoruyur və bərpa edir. Yeməkdən əvvəl gündə bir çay qaşığı ənginar toxumu qəbul etmək və ya çay kimi dəmləmək məsləhətdir. Müalicə müddəti 1 ay təşkil edir. 10. Təzə sıxılmış tərəvəz şirələri Təzə sıxılmış kök, çuğundur və alma şirələri qaraciyəri təmizləyir və metabolizmi aktivləşdirir. Gündəlik 200-300 ml olmaqla səhər və ya yeməklər arası qəbul edilməlidir. 11. Tənəffüs gimnastikası Uzanaraq sağ əli qaraciyər üzərinə qoyub, dərin nəfəs alaraq əllə qaraciyərə yüngül təzyiq tətbiq etmək. 5-7 dəqiqə hər səhər və axşam təkrarlanmalıdır. Bu üsul qan dövranını yaxşılaşdırır və öd durğunluğunu aradan qaldırır. Bu üsullar kompleks şəklində tətbiq edildikdə qaraciyərin 10-14 gün ərzində effektiv şəkildə bərpasına imkan yaradır. Müalicəyə başlamazdan əvvəl mütləq həkimlə məsləhətləşmək tövsiyə olunur. Qaraciyəri təmizlədikdən sonra isə sağlam həyat tərzini davam etdirmək mütləqdir.