У нас вы можете посмотреть бесплатно ERMƏNİ TƏCAVÜZÜ NƏTİCƏSİNDƏ DƏYƏN ZİYAN ÖDƏNİLƏCƏK или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə külli miqdarda ziyan dəyib. Bərdə sakini Rafil Qurbanovun ailəsi də ziyan çəkənlər arasındadır. Prezidentin sərəncamına əsasən, vətəndaşlara, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər davam etdirilir. Erməni hücumu nəticəsində ticarət obyekti tamamilə sıradan çıxan Ağdamın Xındırısan kənd sakini Elmaz Eyvazovun da sərəncamdan gözləntiləri var. 44 günlük müharibə zamanı erməni hücumu nəticəsində Azərbaycan ərazisində əmlakına ziyan dəymiş mülki əhaliyə maddi yardım ödəniləcək. Dövlət başçısının müvafiq sərəncamı ilə ilkin mərhələdə zərərçəkmiş mülki əhalinin zəruri sosial ehtiyaclarının təmin edilməsi və onların məişət və şəxsi əşyalarına dəymiş ziyanın aradan qaldırılması məqsədilə yardım ediləcək. Millət vəkili Məlahət İbrahimqızı belə bir sərəncamın imzalanmasını humanizm və sosial ədalətin nümunəsi kimi qiymətləndirir. 2016-cı ilin aprel hadisələri zamanı da Tərtər, Ağdam və cəbhə bölgəsindəki digər bögələrə dəyən ziyanın aradan qaldırılması üçün də dövlət səviyyəsində işlər görülmüşdü. Bu dəfə də Tovuzdan başlayan erməni terroru və 44 günlük müharibə zamanı da xain düşmənin mülki əhalini hədəf alması nəticəsində bölgələrdəki, xüsusilə Gəncə, Bərdə, Tərtərdəki yaşayış məntəqələrinə ciddi ziyan dəyib. Prezidentin sərəncamı vətəndaşların qarşılaşdğı bu problemlərin həllinə yardım edəcək. Qeyd edək ki,dövlət başçısının bir neçə gün əvvəl imzaladığı sərəncamla dağıdılmış və ya qəzalı vəziyyətə düşmüş yaşayış evləri üzrə məişət əşyalarına dəymiş ziyanla bağlı hər bir ailəyə 6 000 manat, şəxsi əşyalara dəymiş ziyanla bağlı hər bir ailə üzvünə 1 500 manat; digər ziyan dəymiş yaşayış evləri üzrə hər bir ailəyə 1 000 manat məbləğində yardım göstəriləcək.