У нас вы можете посмотреть бесплатно Mən şair deyiləm , atam qardaşım или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Özü boyda bir dünya olan Məmməd Ismayıl. 80 ili arxada qoymuş bu insan Söz sərrafı. Yazdığı şeirlərinin hər kəlməsi ilə Vətən eşqi , xalq məhəbbəti aşılayan ustad .Vətənin seçilməz olduğunu , bütün dünyanın gözəlliklərinin fövqündə duran bu əzəmətin gücünü qəlblərə damla damla , gilə - gilə axıdan dahi Dostu bu dünyada seçib taparlar , Dost - düşmən seçilər , Vətən seçilməz Qayanı yonarlar , dağı çaparlar Dağ - qaya kiçilər Vətən kiçilməz. - deyir və bu seçimin əzəmətini ürəyinin hənirtisi ilə dilə gətirir. Məmməd İsmayıl bizim üçün " dünyaya cığır açan , bizdən qabaqda yol gedən , qədəmindən nur yağan bir sənətkardır." Onun şeirləri fəlsəfədir. Mənası və məzmunu çox dərindir. O , xalqın sərvətidir. Xalqın dərdini , ağrısını , acısını onun özündən də çox daşıyan bir dahidir Məmməd İsmayıl Bir tükənməz nağıl olsun Vətən torpağı Ha yol gedim çatammayım sərhədlərinə - deyərək bölünməz , parçalanmaz , vaxtı ilə əzəməti və qüdrəti ilə aləmə səs salmış Vətəni üçün hayqırır , - " onu qaytarmaq hər bir vətən övladının müqəddəs borcudur "- deyərək , mübarizlik və əzmkarlıq aşılayır. Məmməd Ismayıl öz qəlbini və sevgisini xalqın acısı və ağrısına ram etmiş və onun özü olmuş bir fədaidir. Bəli , M.İsmayıl bu gün xalqdır , xalqın naləsidir , fəryadıdır. Vətən dərdini öz dərdi qəbul edib , oxucusuna da bu böyük dərdin müqəddəs olduğunu sevdirən şair : ( Burda şairin öz səsi gedəcək ) Məmməd Ismayıl xalqın şairidir. Onu başa düşən və anlayan bir xalqın. Çiynində bir millətin yükünü daşıya biləcək bir xalqın. Ürəyini vətən ağrısı sızladan bir xalqın. Adı dünyanın müxtəlif ölkəıərində səsləndikcə qürur duyduğumuz sənətkar - Azərbaycanın Tovuz adlı kiçik bir məmləkətindən parlayan ədəbiyyat günəşi . Bu günəş bütün dünyanı sözünün şöləsi ilə isitməkdədir. Əsərləri Türkiyə , Rusiya , Fransa ,Ruminiya və dünyanın bir çox ölkələrinfə həmin xalqların öz dillərində nəşr olunduqca ədəbiyyat zövqünün nə olduğunu , qələmin gücünün məkan və yer , millət və xalq tanınadığını bəyan edir, zövqlərin və qəlblərin dərinliklərinə hər millətin öz mənəvi fəlsəfəsinə görə hopduğunu göstərir. Lakin, təəssüf hissi ilə qeyd etmək istərdim ki , bütün zamanların və xalqların şairi olan bu sənətkarı öz doğma yurddaşları olan bizlər onun özünün olduğu zirvədə görə bilmirik. Dünyanın dəyər verdiyi dühalara xalqımız layiqli dəyər verə bilmədiyinə görə bu gün Nizamini , Füzulini farslaşdırnaq istəyənlər sabah M. Ismayılı da " özünküləşdirə bilər. Sonradan gec olmamaq üçün sənətkarlarımızın qədrini bilək, onların layiq olduğu dəyərlə dəyərləndirək. Bunu vaxtında və zamanında edək Gün Tv olaraq biz Ömrünün 80 ilini geridə qoyan böyük ustadımızı yubileyi münasibəti ilə təbrik edir , uzun ömür , cansağlığı və yeni yaradıcılıq uğurları arzu edirik Music:Emin Sabitoğlu (Bizim Cəbiş müəllim K/F ) Emin Sabitoğlu - Limanlar Emin Sabitoğlu -Vals Çəkdiklərinizi bizə göndərin ► +994 70 894 02 03 (whatsapp) Facebook səhifəsi ► / gün-tv-2267273710269286 Digər videolarımız ►https://www.youtube.com/channel/UCMR1... E-mail ►[email protected]