У нас вы можете посмотреть бесплатно Göyçay qəzası или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Bakı quberniyasının inzibati-ərazi vahidi olan Göyçay qəzası 09 dekabr 1867-ci il tarixli çar fərmanı əsasında, Şamaxı qəzasından ayrılaraq yaradılmışdır. Quberniya ərazisinin 12,22 faizini təşkil edən qəzanın ərazisi 4156,9 kvadrat verst, qəzanın idarəetmə idarəsi isə 5 evdən və 69 nəfər əhalidən ibarət olan Göyçay poçt məntəqəsi idi. 1870-ci ildə quberniya əhalisinin 10,69 faizini təşkil edən qəza əhalisinin əksəriyyəti kəndlərdə yaşayırdılar və əsasən əkinçilik, maldarlıq və ipəkçiliklə məşğul olurdular. Qəzada 179 yaşayış məntəqəsi, 9990 ev, 27509 nəfər kişi, 22544 nəfər qadın olmaqla, cəmi 50053 nəfər əhali qeydə alınmışdır. 24 yaşayış məntəqəsində 100-dən artıq ev olan qəzanın 1 kvadrat verst sahəsinə 12,04 nəfər əhali düşürdü, 1 evdə orta hesabla 5 nəfər, 7 yaşayış məntəqəsində isə 1000 nəfərdən artıq əhali yaşayırdı... 1922-25-ci illərdə də 4 bölgədən ibarət olan qəza,1926-cı ildə 7 bölgəyə Zərdab, Qaraməryəm, Kürdəmir, Mollakənd, Müsüslü, Suraxanı (İsmayıllı) və Ucar bölgələrinə bölünmüşdür. Suraxanı bölgəsi İsmayıllı da adlandırılırdı. Zərdab bölgəsində 5 kənd sovetliyi, Qaraməryəm bölgəsində 10 kənd sovetliyi, Kürdəmir bölgəsində 7 kənd sovetliyi, Mollakənd, bölgəsində 9 kənd sovetliyi, Müsüslü bölgəsində 10 kənd sovetliyi, Suraxanı bölgəsində10 kənd sovetliyi, Ucar bölgəsində isə 12 kənd sovetliyi fəaliyyət göstərirdi. Qəzanın ərazisi 5320 kvadrat kilometm, mərkəzi isə Bakıdan məsafəsi 268 km olan Göyçay şəhəri idi. 1 şəhərdən, 63 kənd sovetliyindən, 273 kənddən, 21916 evdən ibarət olan qəzada, 91978 nəfəri kişi, 80873 nəfəri qadın olmaqla, cəmi 172851 nəfər əhali yaşayıb. Göyçay qəzası 1929-cu ildə Azərbaycan Respublikasının rayonlaşdırılması ilə əlaqədar olaraq ləğv olunmuşdu.