У нас вы можете посмотреть бесплатно İnfarkt bir gün əvvəldən gələcəyini “xəbər verir” ƏLAMƏTLƏR или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Sənə Maraqlıdırsanın bütün videolarını YouTube-da izləmək üçün kanala ABUNƏ olun: https://goo.gl/RMf2cF ☪ Musiqi: ☪ Əziz Dostlar kanala ABUNƏ OLaraq bir birindən maraqlı videoları izləyə bilərsiniz ☪ Bütün Hüquqlar Qorunur © ® ™ İnfarkt bir gün əvvəldən gələcəyini “xəbər verir” - ƏLAMƏTLƏR Xalq arasında infarkt dediyimiz xəstəlik əslində tam tibbi adı miokard infarktıdır və bu xəstəlik ürəyi qidalandıran arteriaların tıxanması nəticəsində ortaya çıxır. Ürəyi qidalandıran arterialar tıxanır və ürəyin qidalanması pozulur, nəticədə də ürək əzələsində xəsarətlər ortaya çıxır. İnsanlar yaşa dolduqca ürəyin damarlarında, damar divarlarında xolesterin və yağ yığılır. Bu yığılmalar plak dediyimiz strukturları əmələ gətirir. Bu plaklar həm damarın özünü daraldır, bəzən də qopa bilir ki, bu da damarın tamamən tıxanmasına səbəb olur və miokard infarkt da bu şəkildə ortaya çıxır. Araşdırmalara görə, ürək xəstələrinin yarısında infarkt bir gün əvvəl aydın əlamətlər sayəsində aşkar edilə bilər Bu barədə “Lancet Digital Health” elmi jurnalında dərc edilib. ABŞ-ın Los-Anceles şəhərindəki Smidt İnstitutunda aparılan yeni araşdırma infarktın bir gün əvvəl "xəbərdarlıq edə biləcəyini" ortaya çıxarıb. Tədqiqat qrupu 18-85 yaş arası xəstələrin iştirak etdiyi iki ayrı araşdırmanın məlumatlarını araşdırıb. Həmin tədqiqatlarda xəstələr qəfil ürək dayanması keçirmiş insanlar idi. Xəstələrin infarktdan əvvəlki simptomları da araşdırılıb. İki qrupu müqayisə etmək üçün tədqiqat qrupu oxşar xəbərdarlıq əlamətləri göstərən, lakin infarkt keçirməyən insanlara da baxıb. Tapıntılara görə, infarktdan əvvəl qadınlarda əsasən nəfəs darlığı, kişilərdə isə sinə ağrısı olur. Hər iki cinsdə baş verən, lakin o qədər də geniş yayılması müşahidə olunmayan digər xəbərdarlıq əlamətlərinə qıcolmaya bənzər hadisələr və anormal tərləmə daxildir. Tədqiqatçılar düşünürlər ki, bu əlamətləri başa düşmək həkimlərə və xəstələrə 90 faiz ölümlə nəticələnən qəfil infarktların qarşısını almağa kömək edə bilər. Bu istiqamətdə araşdırmaların davam etdirilməsi məqsədəuyğun hesab edilib. İnfarkt zamanı bizim üçün zaman çox önəmlidir. Xəstə ən yaxın zamanda, ən qısa müddətdə xəstəxanaya çatdırılmalıdır. Ama bu xəstəxanaya çatdırılma xəstənin öz imkanları hesabına olmamalıdır. Yəni özü yeriyərək, ya da avtomobil sürərək xəstəxanaya getməyə çalışmamalıdır. Çünki daha öncə də dediyimiz kimi infarkt sırasında ürəyi qidalandıran damarlar tıxanmış olur. Yəni ürəyin, ürək əzələsinin oksigen ilə təminatı azalır. Hərəkət sırasında isə tam tərsinə ürəkdə aktivlik artır və ürəyin oksigenə olan ehtiyacı da artır. Ona görə biz prosesi daha da dərinləşdirə bilərik, infakt daha çox ürəyə xəsarət yetirmiş ola bilər. Xəstə, əgər varsa yaxınları, yoxdursa özü təcili yardıma zəng vurmalıdır ilk növbədə. Əgər yalnızdırsa, yaxşı olardı ki, hər hansı bir yaxınına da xəbər versin ondaki vəziyyətlə əlaqəli. Yenə yanında yaxınları varsa, yaxşı olardı ki pəncərəni, qapını açaraq otaqda olan oksigen miqdarını artırmasına kömək etsinlər. Eyni zamanda xəstənin əgər üst geyimləri onu bir miqdar sıxırsa, çalışmaq lazımdır ki, o xəstəni o geyimlərdən azad eliyək. Yəni köynəyin yaxaları açılmalıdır, qalstuk varsa, çıxarılmalıdır və s. Xəstə hər hansı bir yerə oturmalıdır mütləq, ya da uzanmalıdır. Ayaq üstə durmaq, hərəkət etmək həm az öncə anlatdığım səbəblərə görə, yəni ürəyin oksigen ehtiyacı artdığına görə istəmədiyimiz bir şeydir, həm də infarkt sırasında bəzi aretmiyalar ola bilir, təzyiq düşüşləri ola bilir və bu zaman xəstə yıxıla bilər, huşunu itirə bilər. Bu zaman infarktla yanaşı xəstə başqa travmatoloji xəsarətlər də ala bilər. Bu da istəmədiyimiz bir şeydir. Bəzən xəstələrdə infarkt sırasında baş gicəllənməsi, gözdə qaralma ola bilir. Bu aritmiyanın əlamətidir. Yaxşı olardı ki, belə bir şey hiss edən xəstələrimiz dərindən, qüvvətli öskürməyə çalışsın. Bu zaman ürək ritmi qismən də olsa bərpa olunur və xəstənin şikayətləri bir miqdar düzəlir. Dəyərli izləyicilər, mümkünsə videonu bəyənib WhatsAppda, Facebookda paylaşın👍 Öncədən təşəkkürlər Bizə dəstək üçün kanala ABUNƏ OLun və ZƏNG yəni (ZINQIROV) düyməsini basınki hərdəfə yeni, xeyirli, maraqlı videolar paylaşanda sizə bildiriş kimi gəlsin və sizdə videolarımdan faydalanasınız inşALLAH