У нас вы можете посмотреть бесплатно Nardaranda İmam Əlinin (ə) mövlud mərasimi_03_06_2012-ci il_8 ci hissə или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Möminlərin əmiri, Allahın insanlara təyin etdiyi imam və rəhbər Həzrət Əmirəl-Möminin Əli ibni Əbu Talib (ə) rəcəb ayının 13-də Allah evi kəbədə müqəddəs qədəmlərini bu dünyaya qoyaraq aləmi nurlandırıb. Rəcəbin bu müqəddəs günü bu il iyun ayının 4-ə təsaduf etmişdi. Məhz bu gün Azərbaycanda misli görünməmiş möhtəşəm mövlud mərasimi baş tutdu. Bakının Nardaran kəndində İmam Əlinin (ə) adını daşıyan meydanda şam-işa namazlarından dərhal sonra tədbir Quran tilavəti ilə başlandı. 1000 nəfərə yaxın insanın iştirak etdiyi mövlud mərasimini şəhərdən və ətraf kəndlərdən gələnlər də böyük maraqla izləyirdi. Mərasimin aparıcısı ilahiyyatçı Əli Nur bu günün əhəmiyyətindən onun dini və milli bir gün olmasından, mərasimin keçirilməsindəki məqsəddən geniş söhbət açdı. Eşq-vilayəti qrupu öz ürəyə oxşayan ifaları və muğam boğazları ilə mərasimi rövnəqləndirdi. Əhli-Beyt (ə) şairlərindən olan Mehrəli Asim gözəl şer demək istedadı ilə möminlərin diqqətini özünə cəlb etdi. Hacı Əli Hüseyn İmam Əlinin (ə) fəzilətlərindən söz açaraq, çıxışını təbriklə tamamladı. Növbəti çıxış Hacı Nuh Balaya verildi. Həzrət Əlidən (ə) və İmam Xomeyninin (r) dahi şəxsiyyət olmasından, göstərdiyi fədakarlıqlardan və İslam üçün etdiyi xidmətləri xatırlayıb, 10 il bundan qabaq kənd hadisələrinə şəhid olmuş Şəhid Əlihəsəni rəhmətlə xatırlayıb, o günləri yada saldı. Mərasimə qonaq gəlmiş Fərəc ilahi nəgmələr qrupu söz alaraq hazırladıqları surudu ifa etdilər. İstedadlı məktəb şagirdi Rəsul Nur şer oxumaqla bayram təbrikini bildirdi. Yenidən söz alan Mehrəli Asim şerləri ilə mövlud iştirakçılarını feyziyab etdi. Sonda bayram tortu kəsildi, möhtəşəm atəş-fəşanlıq oldu. Qeyd edək ki, ayın 4-də İmam Hüseyn (ə) meydanında da növbəti mərasim keçirildi. Bununla yanaşı Rəhimə Xanım (ə) ziyarətgahının həyətindəki Hüseyniyyədə qadınların iştirakı ilə bayram tədbiri baş tutub.