У нас вы можете посмотреть бесплатно 17 aprel 2022-ci il Dünya Hemofiliya Günü Elmi Konfrans или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
AZƏRBAYCANDA İLK DƏFƏ HEMOFİLİYA VƏ DİGƏR GENETİK XƏSTƏLİKLƏRİN ARADAN QALDIRILMASINDA KÖMƏKÇİ REPRODUKTİV TEXNOLOGİYALARIN ROLU MÖVZUSU VƏ DİGƏR ELMİ MÖVZULAR MÜZAKİRƏ OLUNDU. 17 Aprel 2022 -ci il tarixdə Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının ( Hemofiliya Azərbaycan \ Hemophilia Azerbaijan ) təşkilatçılığı ilə Hemofiliya və Digər Qeyri İnfeksion Genetik Xəstəliklərə Həsr Edilmiş Elmi – Praktik Konfrans keçirildi. Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri Ayaz Hüseynov, Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev, TƏBİB -in Tibbi fəaliyyətinin Təşkili Departamentinin müdiri Teymur Mirzəbəyli , İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müşaviri Nelli Veysova, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Akademik M.Ə. Mirqasımov adına Respublika Klinik Xəstəxanasının direktoru Azər İsmayılov, Milli Hematologiya və Transfuziologiya Mərkəzinin icraçı direktoru Valeh Hüseynov Konfransın giriş hissəsində hemofiliya və digər koaqulopatiyalı (qanın laxtalanma pozğunluğu) vətəndaşlara dövlət qayğısı haqqında məlumat vermişlər və gələcək perspektivləri qeyd etmişlər. Milli Hematologiya və Transfuziologiya Mərkəzinin icraçı direktoru cənab Valeh Hüseynovun sədrliyi ilə Konfransın çıxışçıları - genetiklər, hematoloqlar, pediatrlar, mama ginekoloqlar tərəfindən hemofiliya və digər genetik qan xəstəliklərinin törətdiyi fəsadlar və Azərbaycanın Milli Genofondunun Sağlamlığının qorunmasına dair maraqlı mövzular müzakirə edildi. Konfransın əsas mövzusu hemofiliya və digər irsi qan xəstəlikləri olduğu üçün hemofiliyanın statistikası , müasir müalicəsi haqqında Respublika Klinik Xəstəxanasının Hematologiya şöbəsinin müdiri hematoloq Dr. Naida Hüseynzadə və Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Pediatrik Hematologiya şöbəsinin müdiri Dr. Sevil Cəlilova məlumat verdilər, həkim -genetik Dr. Ağa Rza Ağayev irsi xəstəliklərin səbəbi barədə elmi əsaslara söykənərək konfrans iştirakçılarını geniş məlumatlandırdı və sağlam uşaqların doğulması üçün profilaktik tədbirlərin vacibliyi barədə Mərkəzi Klinikanın Mama-ginekologiya və İVF şöbəsinin müdiri mama ginekoloq Dr. Mahirə İsmayılova və Hemofiliya və digər genetik xəstəliklərin aradan qaldırılmasında köməkçi reproduktiv texnologiyaların rolu və Hamiləlikdə koaqolopatiyalar EGE Hospital Qadın xəstəlikləri və doğum uzmanı, Dr. İlhamə Eldarova Azərbaycanda ilk dəfə olaraq bu mövzuları müzakirəyə çıxardılar. Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı Nümayəndəliyinin mütəxəssisi Dr. Tural Qulu və Şirvan şəhər xəstəxanasının Xəstə xidmətləri şöbəsinin müdiri Dr. Təranə Cəlilova Bakı şəhərindən başqa Azərbaycanın digər bölgələrində hər hansı fövqalade hallar baş verdikdə, məsələn COVİD 19, müharibələr zamanı tibbi xidmətin təşkili və əlçatanlığının vacibliyi haqqında və statistik məlumatları təqdim etdilər. Qed edək ki, Azərbaycanda qeyri infeksion genetik qan xəstəliklərinin sayı əhalinin təxmini 0,0003%-ni təşkil edir və müalicələri Dövlət Proqramları çərçivəsində həyata keçir. #Səhiyyə #Sağlamlıq #Pasient #Hematologiya #MilliHematologiya #Hemofiliya #17Aprel #TƏBİB #İTS #İcbariTibbiSığorta #HemofiliyaAzərbaycan #HemophiliaAzerbaijan