У нас вы можете посмотреть бесплатно Sumqayıt Ceyranbatan Saray Sakinlərini Sevindirəcək Xəbər Gəldi -Artıq Bu Tarixdən... или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Sumqayıt şəhəri və onun ətraf qəsəbələrinin ictimai nəqliyyat infrastrukturunda mühüm dəyişiklik baş verib. Sakinlərin uzun müddətdir gözlədiyi yenilik artıq reallaşıb – 9A saylı marşrut xətti yeni istiqamət üzrə fəaliyyətə başlayıb. Bu barədə Sumqayıt Nəqliyyat 1 MMC məlumat verilib. Marşrutun xəttinin dəyişdirilməsi əsasən Ceyranbatan və Saray qəsəbələri sakinlərinin rahat və operativ şəkildə şəhərə, həmçinin Sumqayıtın digər mərkəzi məntəqələrinə çıxışını təmin etmək məqsədi daşıyır. Yeni qərar həm gündəlik iş-güc, həm də təhsil və digər sosial fəaliyyətlər üçün daha əlverişli şərait yaradır. 9A marşrutunun yenilənmiş xətt üzrə hərəkət etməsi ilə yanaşı, sərnişinlər artıq daha müasir və rahat avtobuslardan istifadə edə bilirlər. Xəttə buraxılan yeni nəqliyyat vasitələri geniş salonu, yumşaq oturacaqları, güclü havalandırma sistemi və təhlükəsizlik standartlarına cavab verən texniki göstəriciləri ilə fərqlənir. Bu, həm isti yay günlərində, həm də soyuq qış mövsümündə sərnişinlərin rahatlığını təmin edəcək. Yenilənmiş marşrut xətti və komfortlu avtobuslar artıq ilk günlərdən sərnişinlərin böyük rəğbətini qazanıb. Sumqayıt, Ceyranbatan və Saray sakinləri bildirirlər ki, yeni xətt vaxt itkisinin qarşısını alır, dayanacaqlara çıxışı asanlaşdırır və ümumilikdə nəqliyyatın keyfiyyətini yüksəldir. Bu addım Sumqayıt şəhər rəhbərliyi tərəfindən sakinlərin çoxsaylı müraciətini nəzərə alaraq atılıb. Bildirilir ki, məqsəd yalnız marşrutların xəttini dəyişmək deyil, eyni zamanda sərnişinlərə göstərilən xidmətin keyfiyyətini müasir tələblərə uyğunlaşdırmaqdır. Yaxın gələcəkdə digər marşrut xətlərində də yenilənmə və texniki təkmilləşmə işlərinin aparılması planlaşdırılır. Bu addım Sumqayıt şəhərinin, eləcə də ətraf qəsəbələrin ictimai nəqliyyat sistemində daha təhlükəsiz, sürətli və rahat xidmətlərin yaradılmasına mühüm töhfə kimi dəyərləndirilir. Xatırladaq ki, “Saray MTK”nin sakinləri “522” və “523” nömrəli avtobusların fəaliyyətindən narazılıqlarını, Sumqayıta getməkdə çəkinlik çəkdiklərini bildirirdilər. 9 və 9A saylı avtobusları isə məhz “Saray MTK”nın önündə keçir. Bununla da vətəndaşların nəqliyyat problemi həll edilmiş sayılır. https://den.az/cemiyyet/32050-sumqayi... DİQQƏT! Kanalda yerləşdirilmiş bütün materiallar rəsmi mənbələrə istinadla yayımlanır! _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ © Denaz TV - in istehsal etdiyi bütün materiallar MÜƏLLİF HÜQUQU İLƏ QORUNUR. TƏKRAR YAYIM QADAĞANDIR! _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ Yeni videolardan xəbərdar olmaq üçün kanala ABUNƏ OLUB ZINQIROV düyməsini basın ki, hər dəfə yeni videolar paylaşanda sizə bildiriş kimi gəlsin Abunə ol: / @denaztv2