У нас вы можете посмотреть бесплатно İçə doğru çəpləşən gözlər necə müalicə edilir? или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Uzman Doktor Emil Yusifov Tel: 077 331 10 08 Facebook: / emilyusifovcom İnstaqram: dremilyusifov ÇƏPGÖZLÜK HAQQINDA Çəpgözlük gözlərin paralelliyinin itməsidir. Hər gözün 6 ədəd xarici əzələsi var. Bu əzələlərdən biri və bir neçəsi daha güclü və ya daha zəif olduğu zaman çəpgözlük yaranır. Bir göz düz baxan zaman, o biri göz içəri, xarici, yuxarı və ya aşağı baxır. Çəpgözlüyün müalicəsində erkən diaqnoz çox vacibdir. Əgər gözün ilk müayinəsi keçikibsə, uşağın gözünün zəif görməsindən başqa estetik problemlər də yaranır. Körpələri doğuşdan sonra dərhal pediatrik oftalmolog yoxlamalıdır. Üşaqlıq dövründə uşaqlar hətta gözlə bağlı belə şikayətləri olmadığı halda mütəmadi yoxlanılmalıdır. Çəpgözlüyün səbəbləri Çəpgözlüyün səbəbi bir deyil. Mürəkkəb hamiləlik dövrü, ağır doğuş, körpənin inkişafı və xəstəlikləri çəpgözlüyə gətirib çıxara bilər. Çəpgözlüyün yaranmasında genetik meylliyin də rolu ola bilər. Əgər ailənin hansısa üzvünün gözlərində çəpgözlük varsa, ehtimal ki, uşağa da bu xəstəlik keçə bilər. Çəpgözlüyün əlamətləri Gözlərin qeyri-paralelliyi Gözlərin sulanması Ağrı Baş ağrısı İkili görmə Üç ölçülü görmə itkisi Bulanıq görmə Başın və ya üzün bir tərəfə dönməsi Körpəlik və uşaqlıqda sezilən yayınmalar yalançı çəpgözlükdür. Yalançı çəpgözlük, göz qapaqlarının və burun kökünün genişliyi ilə yaranan çaşdırıcı bir görünüşdür. Bu halı tam yoxlamaq üçün göz müayinəsindən keçmək vacibdir. Eyni gözdə daima yayınma gözün zəif görməsindən xəbər verir və məhz buna görə çox mühümdür. Bundan irəli gəlir ki, bir gözdə yayınma müşahidə olunan körpə və ya uşaq dərhal göz müayinəsini keçməlidir.