У нас вы можете посмотреть бесплатно “Hədəfdə STEAM – 7” или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
27-28 yanvar tarixlərində Hədəf STEAM Liseyində Beynəlxalq “Hədəfdə STEAM – 7” təlim-treninqi keçirildi. Hədəf STEAM Liseyi və "Robotzade" Türkiyənin təşkilatçılığı, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı, EduHek Konsaltinq, ELTA Beynəlxalq İngilis Dili İmtahan Mərkəzi və Hədəf Global tərəfdaşlığı və eyni zamanda 200-ə yaxın müəllim heyəti və təhsil işçilərinin iştirakı ilə “Hədəfdə STEAM – 7” beynəlxalq interaktiv təlim-treninqi baş tutdu. Liseydən verilən xəbərə görə, genişmiqyaslı təhsil, texnologiya və innovasiya sahəsində ən son trendləri öyrənmək üçün təşkil olunan tədbirdə həm Azərbaycan, həm də beynəlxalq mütəxəssislərin iştirakı ilə STEAM metodunun incəlikləri, texnoloji yeniliklər və təhsildə innovativ yanaşmalar müzakirə edildi. STEAM metodu, bu metodun Azərbaycan, eləcə də Türkiyədə, Qırğızıstanda, Qazaxıstandan tətbiqi, perspektivləri, faydaları, təhsildə süni intellekt və müasir texnologiyaların tədris prosesinə təsiri, teleportasiya maşını, elmin, texnologiyanın sərhədlərini genişləndirən yeni yanaşmalar, təhsil blokları təqdim edildi. Sözügedən təlimlər 5 əsas bloka bölündü: Junior, ICT, Nature, humanitar və xarici dillər. Tədbirdə Hədəf Liseyinin 61 müəlliminin iştirakı ilə ümumilikdə 60 dərs təşkil edildi. Həmçinin adı çəkilən xarici ölkələrən ümumilikdə 50 nəfər təhsil işçisi iştirak etdi. Təlim-treninqdə süni intellektin təhsildə inqilabi rolu, tətbiqi, STEAM metodunun tədris proqramlarına effektiv inteqrasiyası, bu layihələrin real faydaları, uğurlu tətbiq nümunələri, elm və texnologiyada gələcək trendlər öyrədildi. Müəllim və şagirdlərin hazırladıqları 3D modellər, resurslar və ekoloji mövzulara dair kompozisiyalar təqdim edildi. İki günlük Təlim-treninqin əsas məqsədi təhsil sahəsində yeni yanaşmalarla müəllimlərin bilik və bacarıqlarını artırmaq, elm və texnologiya sahəsindəki yeniliklərdən ilham almaqdır. Təlim-seminarların ardınca iştirakçılar öz ixtisas fənləri üzrə qruplara bölünüblər. Beləcə, müəyyən olunan bloklar üzrə təlimlər keçirildi, fərqli metodlarla dərs nümunələri izah olundu. Sonda iştirakçılar sertifikatla təltif olundu.