У нас вы можете посмотреть бесплатно Ağciyərləriniz sağlamdırmı? - Evdə özünüz yoxlayın! или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
“Demədi Demə Qadın” kanalı qadınların mütəlif mövzularda maarifləndirilməsi üçün nəzərdə tutulub. Bu kanalda yalnız qadınlar üçün faydalı ola biləcək, gələcəkdə onların işinə yarayacaq maraqlı məlumatlar yer alacaq. Qadın kanalımız Demədi Demə MMC-nin nəznində fəaliyyət göstərir. Kanalımızla bağlı hər hansı bir iradınız, təklifiniz varsa [email protected] ünvanına yaza bilərsiniz. Reklam üçün əlaqə: 055 362 49 69 u metodu sovet alimi Konstantin Buteyko hazırlayıb. Nəfəsi müəyyən vaxt ərzində saxlamaq və nə qədər dözə biləcəyinizi yoxlamaqla tənəffüs sistemi, ağciyərlərinizin vəziyyətini, yəni sağlamlığını, hava tutumunu, havasız nə qədər dözə bilməsini, bronxların vəziyyətini sınaya bilərsiz. Bu test həmçinin bir müalicəvi tənəffüs gimnastikasıdır. Diqqətlə öyrənib, sonra məşq edərək tətbiq edin. Stulun düz kənarında əyləşib, kürəyi, onurğanı düz saxlayın. Çiyinlər sərbəst, düz, qarın bir qədər içəri doğru çəkilir. Gözlərinizi yumun. Dərindən nəfəs alıb saxlayın, qarın əzələlərinizi boşaldın. Bütün bədən sərbəst, rahat, boş olmalıdır. Sonra yavaş-yavaş nəfəsi verib, sonda burnunuzu tutub sıxın. Əvvəlcədən telefonda saniyəölçəni qoşub baxın. İlk günlər 20 saniyə, daha 30 saniyəyə kimi tab gətirməlisiz. Bu zaman barmağınızı nəbzin üzərinə qoyub, ürək vurğularını da sayın. Ürək tez-tez, çox atmamalıdır. Nəfəsinizi saxladığınız an ağciyərlərin oksigensiz özünü necə aparmasına diqqət yetirin. Bu vəziyyət sizi narahat edirmi, dözə bilirsizmi? Sağlamlığın göstəricisi necədir? 1. Əgər nəfəsinizi 10 saniyədən çox saxlaya bilmirsizsə və ürək nəbziniz dəqiqədə 90-100 vurğudursa - siz ürək-damar, ağciyər xəstəliklərinin 3-cü dərəcəsindəsiz 2. Nəfəsi 20 saniyəyə kimi saxlayırsız, nəbz 80 vurğudur - xəstəliyin birinci mərhələsindəsiz. 3. Nəfəsi 30, daha sonra 40 saniyə saxlaya bildizsə, ürək dəqiqədə 65-70 vurursa - siz sağlamsız. Hər 3 halda bu hərəkəti bir vərdiş halına gətirib, səhər yuxudan oyanan kimi və axşam təkrarlamalısız. Ta ki, nəfəsi verdikdən sonra burunu sıxdıqda (ağızı açmadan) nəfəssiz 30-40 saniyə normal dözənə kimi. Bu artıq ağciyərlərin normal sağlamlıqda olması deməkdir.