У нас вы можете посмотреть бесплатно Hər il ölkəyə mənim adıma görə... | Məşhur həkim Dilqəm Məhərrəmovu qəzəbləndirən səbəb или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Hər il ölkəyə mənim adıma görə... | Məşhur həkim Dilqəm Məhərrəmovu qəzəbləndirən səbəb Aprelin 17-də Səhiyyə Nazirliyi plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyəti göstərməyə icazəsi olan həkimlərin siyahısını açıqlayıb. Mütəxəssislər hansı əsasla siyahıya salınıb və siyahıdan kənarda qalıblar? Siyahıda adı olmayan həkimlərin fəaliyyəti qadağandırsa, imtina cavabı verilməyən həkimlər adlarının siyahıya salınması üçün nə etməlidirlər? Bu suallar hələ açıq qalıb. Adı siyahıda olmayan tanınmış plastik cərrah Dilqəm Məhərrəmov “Oxu.Az”a açıqlamasında deyib ki, qərar həm onun, həm də plastik cərrahiyyə dərnəyinin digər üzvləri üçün gözlənilməz olub: “Mən gözümü açandan plastik cərrahiyyə ilə məşğulam. Dünya Plastik Cərrahiyyə Cəmiyyətinin tanıdığı cərraham. Siyahıda adımın olmaması məni təəccübləndirdi. Daha sonra maraqlandıq, dedilər ki, bu, ilkin siyahıdır və araşdırmalar davam edir. Yəni siyahı yenilənəcək”. Həkim deyib ki, siyahıda təzadlı məqamlar var: “Siyahı açıqlandıqdan sonra Həkimləri Təkmilləşdirmə İnstitutunun Plastik cərrahiyyə şöbəsində çalışan dostum zəng etmişdi. Deyir ki, onun öyrətdiyi dörd rezidentin adı siyahıdadır, amma onun adı yoxdur. Halbuki beş ildən bir Həkimləri Təkmilləşdirmə İnstitutunda sertifikasiyadan keçirik. Bu necə başa düşülməlidir?”. Dilqəm Məhərrəmov hazırda Azərbaycan Respublikası Səhiyyə Nazirliyi akademik Mustafa Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzində baş elmi işçi və plastik cərrah kimi fəaliyyət göstərdiyini, beynəlxalq konfranslar təşkil etdiyini bildirib: “Avropadan, ABŞ-dən hər il ölkəyə mənim adıma görə yüzlərlə insan gəlir. Belə bir halda mənim işimə sadəcə siyahı ilə qiymət verilməsi nə dərəcədə doğrudur, bilmirəm”. Həkim qeyd edib ki, sənədlərində uyğunsuzluq və ya fəaliyyətinə icazənin verilməməsi ilə bağlı ona hər hansı rəsmi bildiriş göndərilməyib: “Biz heç gözləmirdik ki, bu məsələdə bizimlə bağlı problem yaransın”. Bizi WhatsApp-da izləyin https://whatsapp.com/channel/0029VaAm... https://t.me/bakutvxeber / baku.tv / bakutvofficial https://www.baku.tv Hər il ölkəyə mənim adıma görə... | Məşhur həkim Dilqəm Məhərrəmovu qəzəbləndirən səbəb 2025 © All Rights Reserved ℗ "Baku TV" LLC ™ #bakutv #dilqəmməhərrəmov #həkim