У нас вы можете посмотреть бесплатно Nazirlik önündə aksiya: Övladlarımız eksperiment siçovulu deyillər или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Nazirlik dərmanları dəyişir, valideynlər etiraz edir Övladları ixtioz, bullyoz epidermoliz, kəpənək xəstələri olan valideynlər dərmanların dəyişdirilməsi ilə bağlı Səhiyyə Nazirliyinin önündə etiraza toplaşıb. Deyirlər ki, 6 fevraldan dərmanlar dəyişdiriləcək və vətəndaşlar bunu istəmirlər. Valideynlər bildiriblər ki, onlar 6 ildir eyni dərmanları alırlar, indi Səhiyyə Nazirliyi onları yerli, daha ucuz, keyfiyyətsiz olanlarla dəyişir, yeyintiyə yol verir. “Yeni dərmanları istifadə edəndə, bəlkə, övladıma düşməyəcək, həyatını itirəcək. Bu yaxınlarda dünyasını dəyişənlər oldu, ağır vəziyyətdə olan uşaqlar var. Bizim övladlarımız eksperiment siçovulu deyillər". Səhiyyə Nazirliyi isə deyir ki, ixtioz və bullyoz epidermoliz xəstəliklərinin müalicəsi üçün lazım olan dərman və digər vasitələr dövlət proqramı çərçivəsində təmin ediləcək. Qeyd edilir ki, dərman preparatlarının molekulyar tərkibi dəyişməyib. “Bu səbəbdən həmin dərmanların uşaqlara mənfi təsiri istisnadır. Səhiyyə Nazirliyinin mütəxəssisləri dəfələrlə valediyenlərlə bu barədə söhbətlər aparıb və onlara dərmanların tərkibinin dəyişməməsini təsdiq edən beynalxalq standartlara əsasən klinik protokollar barəsində məlumatlar veriblər”.