У нас вы можете посмотреть бесплатно Xəzərdə hərbi hazırlıq: Zakir Həsənov HDQ-nin enerji obyektlərinin qorunması üçün təlimini izlədi или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Cari ilin hazırlıq planına uyğun olaraq Hərbi Dəniz Qüvvələrində (HDQ) “Dəniz enerji infrastrukturunun mühafizəsi və müdafiəsi” mövzusunda döyüş atışlı taktiki təlim keçirilib. Müdafiə naziri, general-polkovnik Zakir Həsənov təlimin Komanda İdarəetmə Məntəqəsinə gələrək mərhələlər üzrə icra olunan tapşırıqlar barədə komandir heyətinin məruzələrini dinləyib. Məlumat verilib ki, HDQ-nin döyüş, döyüş təminatı və təminat gəmilərinin, həmçinin Dəniz xüsusi təyinatlı və Dəniz piyada bölmələrinin iştirakı ilə təşkil edilən təlimin əsas məqsədi komandir heyətinin ekstremal şəraitdə operativ qərar qəbul etmə bacarığını, qüvvələrin idarə edilməsi və tətbiqi üzrə praktik vərdişlərini inkişaf etdirməkdir. Təlim ssenarisinə əsasən, Xəzər dənizinin Azərbaycana aid hissəsində enerji obyektlərinin qorunması və müdafiəsi üzrə əməliyyatlar icra olunub. Gündüz və gecə vaxtlarında, sahil və ada ərazilərində şərti düşmənin müvəqqəti baza məntəqələrinin aşkar edilməsi və xüsusi əməliyyatlarla terror qruplaşmalarının zərərsizləşdirilməsi tapşırıqları uğurla yerinə yetirilib. Təlim çərçivəsində axtarış-xilasetmə tədbirləri, qəzalı gəminin təxliyəsi və digər xüsusi fəaliyyətlər də yüksək peşəkarlıqla icra olunub. Əsas diqqət mürəkkəb şəraitdə gəmilərin idarə olunmasına, dəniz qüvvə və vasitələrinin qarşılıqlı əlaqəsinin möhkəmləndirilməsinə və birgə əməliyyatların uzlaşdırılmasına yönəldilib. Təlimi izləyən müdafiə naziri şəxsi heyətin hazırlıq səviyyəsini və tapşırıqların yerinə yetirilməsini yüksək qiymətləndirərək müvafiq göstərişlər verib.#Kanal13abuneol #LikeKanal13News #Subscribe #Kanal13TV Əziz izləyicilərimiz! Biz sizin SƏSİNİZ OLMAQ üçün AZADLIĞIMIZI itirdik. Rəhbərimiz Əziz Orucov hələ də həbsdədir. Bizə DƏSTƏK olun, ABUNƏMİZ OLUN: / @kanal13x https://bit.ly/2V19Fdy - Kanal13 GLOBAL ▌▌►Website: http://kanal13.info Click & Subscribe to the main YouTube Channel – Kanal13 Global: / @kanal13az © KANAL13 Tags: _#Ukraine, #Russia, #Putin, #Putler, #Russian invasion of Ukraine, #Zelenski, #Kiev, #Kyiv, #Kadyrovarmy, #Kadirov, #Kherson, #Bucha, #Kharkiv, #Ukrainian pilots, #Vagners, #Russiantanks, #NATO, #drones, #Moscow, #Kreml, #warvictims #Ukrayna, #Zelensky, #Trupm, #DonaldTrump, #savaş, #Qarabağ, #Bakı