У нас вы можете посмотреть бесплатно Qadınlarda Qanaxma - SƏBƏBİ BU OLA BİLƏR или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
#Ginekoloq #Xəyalə #Hamiləlik Tibb üzrə fəlsəfə doktoru, Mama-ginekoloq Xəyalə Təhməzi Tel: 055 882 38 34, 077 312 38 34 İnstaqram: https://www.instagram.com/ginekoloq.x... Facebook: https://www.facebook.com/Tibb-%C3%9Cz... MAMALIQ VƏ GİNEKOLOGİYA İXTİSASINDA TİBB ELMLƏRİ ÜZRƏ Fəlsəfə Doktoru Təbii (ağrısız) və Cərrahi (keysəriyyə) doğuşlar.Laporaskopik və açıq ginekoloji əməliyyatlar,histereskopiya,ginekoloji plastik əməliyyatlar,USM diaqnosika, Sonsuzluğun müalicəsi,süni mayalanma, EKO Universitet Azərbaycan Tibb Universiteti Müalicə-profilaktika fakültəsi 1993-1999 Azərbaycan Aspirantura Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu Mamalıq və Ginekologiya 2000-2003 Azərbaycan Uzmanlık Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu Tibb elmlər üzrə fəlsəfə doktoru 2000-2007 Azərbaycan Mamalıq və Ginekologiya ixtisası üzrə Dosent 2019-cu il Azərbaycan Mama-ginekologiya elminin müasir inkişaf səviyyəsinə baxmayaraq, disfunksional uşaqlıq qanaxmalarının (DUQ) diaqnostika və müalicəsi müəyyən çətinliklər törədə bilər. Bu, müxtəlif patologiyalarda əlamətlərin oxşar olması ilə izah olunur. Ginekoloji xəstəliklər arasında disfunksional uşaqlıq qanaxmaları 15-20% təşkil edir. Disfunksional uşaqlıq qanaxması nədir DUQ atsiklik anormal qanaxma (çox, tez-tez və/və ya uzunmüddətli) olub, cinsiyyət sisteminin requlyasiyasının pozulması nəticəsində baş verir və uşaqlığın selikli qişasında (endometriumda) morfoloji dəyişikliklərlə özünü göstərir. O, cinsiyyət orqanlarının xəstəlikləri ilə əlaqədar deyil. Menstrual tsiklin tənzimlənməsi Menstrual tsikl çox mürəkkəb bioloji proses olub, orqanizmin sinir və humoral sistemlərilə tənzim olunur. Onun xarici təzahürü uşaqlığın səthi qişasının (funksional qat) qopması nəticəsində requlyar baş verən, aybaşı qanaxmasıdır. Menstrual tsiklin məğzi ondan ibarətdir ki, ovulyasiya vaxtı follikuldan spermatozoidlə birləşməyə hazır olan yetişmiş yumurtahüceyrə çıxır, onun yerində isə sarı cisim əmələ gəlir. Sonuncu qadın cinsi hormonlardan olan – progestron sintez edir. Yumurtalıqların funksiyası hipofizin ön payında sintez olunan qonadotrop hormonlar vasitəsilə idarə olunur: Follikulostimuləedici hormon (FSH), növbəti follikulların böyümə və yetişməsinə və həmçinin ovulyator prosesə təsir göstərir. FSH lüteinləşdirici hormonla (LH) birgə estrogenlərin əmələ gəlməsini stimulyasiya edir. Bundan başqa, LH-ın təsir göstərdiyi reseptorların sayını artırır. Sonuncular follikulun qranulyasiyaslı hüceyrələrində yerləşir, hansı ki, sarı cismə çevrilir. Lüteinləşdirici hormon (LH), lütein cisimciklərinin əmələ gəlməsini tənzimləyir. Prolaktin, sarı cisimdə progestron sintezində iştirak edir. Estrogen və progestronun miqdarı sabit olmayıb, lütein cisimciklərinin aktivliyindən asılı olaraq dəyişir və menstrual tsiklin fazalarına uyğundur: follikulyar fazada bütün cinsi hormonların, ən çox da estrogenlərin miqdarı artır, amma ovulyasiya baş verən andan, menstruasiyanın əvvəlinə qədər progestron daha çox yaranır.