У нас вы можете посмотреть бесплатно Lenkeranli canli kalkulyator или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Lənkəranda iki azyaşlı xüsusi istedadlı uşaq var ki, onlar öz yaşıdlarından fərqlənir. Elnar və Nuray Məmmədliləri yaşıdlarından fərqləndirən cəhət hər ikisinin iti zəkaya sahib olmasıdır. Elnar riyazi əməliyyatları saniyələr ərzində hesablamağı bacardığı halda, Nuray isə şahmat üzrə Respublika Çemopionatının finalına vəsiqə qazanıb. Balaca qəhrəmanlarımızın birinin 6, digərinin isə 5 yaşı var. Elnar Məmmədli Lənkəran şəhər 2 saylı tam orta məktəbinin birinci sinfində təhsil alır. O, riyazi əməliyyatları tez bir zamanda yerinə yetirmə bacarığına valideyinlərinin sayəsində yiyələnib.4 yaşından etibarən yazmağı, oxumağı və riyazı hesablamaları öyrənən Elnar bunun üçün heç bir müəllim yanına getməyib.Hazırda onun sinif yoldaşlarının oxuduğu dərslik vəsaitlərini balaca istedad artıq iki dəfə təkrar edib. Elnarın xüsusi bacarığı bununla bitmir.O, Azərbaycan əlifbasından başqa İngilis və Rus əlifbasını öyrənib və hətta kiçik tərcümələr də edə bilir. 6 yaşlı Məmmədli eyni zamanda şahmat idman növünün də sirələrinə yiyələnir. Bacısı 5 yaşlı Nuray da şahmat idman növündə iti zəkası ilə qələbələr əldə edir. Hələ orta məktəbə getməyən Nuray müxtəlif yarışlarda fəqlənməklə bərabər Lənkəran rayon birinciliyinin qalibi olub. Bu yaxınlarda Nuray respublika çempionatının finalına vəsiqə qazanıb. Valideynləri isə hər iki övladlarının bilik və bacarıqlarını daha da artırmaqdan ötrü əllərindən gələni əsirgəməyəcəklərini deyirlər. Elnar və Nuray Məmmədlilərin gələcəkdə hansı peşəni seçmələrindən asılı olmayaraq peşəkar mütəxəssis olacaqlarına heç şübhəmiz yoxdur. Elnur Ələkbərov, Elşən Əhmədov Lənkəran.