У нас вы можете посмотреть бесплатно Rusiyada miqrantlara qarşı əməliyyat: Moskva vilayətində 500 nəfər tutuldu, bəzisi orduya göndərildi или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Moskvaətrafı Balaşixa şəhərində Rusiya hüquq-mühafizə orqanları tərəfindən genişmiqyaslı reyd həyata keçirilib. "Rosqvardiya"nın yaydığı rəsmi məlumata əsasən, əməliyyat zamanı 500-dən artıq miqrant saxlanılaraq yoxlanılıb. Bu yoxlamalar nəticəsində 150 nəfərin miqrasiya qanunvericiliyini pozduğu müəyyən edilib. Rusiya hüquq-mühafizə qurumları bildirir ki, həmin şəxslər barəsində inzibati tədbirlər görülüb, bəzi hallarda isə onlar deportasiya məqsədilə Miqrasiya Xidmətlərinə təhvil verilib. Əməliyyat zamanı, həmçinin, 35 xarici vətəndaşa hərbi uçota durmadıqları üçün çağırış vərəqələri təqdim olunub. Yeni qanunvericiliyə əsasən, Rusiyada daimi və ya müvəqqəti yaşayan miqrantların hərbi qeydiyyata alınması məcburi hesab olunur. Ekspertlərin fikrincə, bu addım Ukrayna müharibəsi fonunda səfərbərlik hazırlıqlarının bir hissəsi kimi qiymətləndirilir. Son aylarda Rusiyada bu cür əməliyyatların intensivləşdiyi müşahidə olunur. Moskva, Sankt-Peterburq və digər böyük şəhərlərdə minlərlə miqrant saxlanılaraq onların sənədləri və hərbi qeydiyyat vəziyyətləri ciddi nəzarətə götürülüb. Rusiya rəsmiləri bu tədbirlərin təhlükəsizlik və səfərbərlik planlarının tərkib hissəsi olduğunu bəyan edirlər. Məlumatlara görə, bu reydlərdə azərbaycanlı miqrantlar və sahibkarlar da tez-tez hədəfə alınan qruplar sırasındadır. #Kanal13abuneol #LikeKanal13News #Subscribe #Kanal13TV Əziz izləyicilərimiz! Biz sizin SƏSİNİZ OLMAQ üçün AZADLIĞIMIZI itirdik. Rəhbərimiz Əziz Orucov hələ də həbsdədir. Bizə DƏSTƏK olun, ABUNƏMİZ OLUN: / @kanal13x https://bit.ly/2V19Fdy - Kanal13 GLOBAL ▌▌►Website: http://kanal13.info Click & Subscribe to the main YouTube Channel – Kanal13 Global: / @kanal13az © KANAL13 Tags: _#Ukraine, #Russia, #Putin, #Putler, #Russian invasion of Ukraine, #Zelenski, #Kiev, #Kyiv, #Kadyrovarmy, #Kadirov, #Kherson, #Bucha, #Kharkiv, #Ukrainian pilots, #Vagners, #Russiantanks, #NATO, #drones, #Moscow, #Kreml, #warvictims #Ukrayna, #Zelensky, #Trupm, #DonaldTrump, #savaş, #Qarabağ, #Bakı