У нас вы можете посмотреть бесплатно Körpüyə aparan yanaşma yollarının genişləndirilməsi davam etdirilir или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Sumqayıt şəhərini Abşeron rayonunun Saray qəsəbəsi ilə birləşdirən Məhəmməd Əsədov küçəsində, dəmir yolu xətti və Samur–Abşeron kanalı üzərində yerləşən yeni körpüyə aparan yanaşma yollarının genişləndirilməsi işləri davam etdirilir. Layihə çərçivəsində mövcud yolların eni artırılaraq hər istiqamət üzrə iki zolaq olmaqla ümumilikdə 4 hərəkət zolaqlı yola çevrilir. Genişləndirmə işləri ilə yanaşı, zəruri sahələrdə istinad divarlarının tikintisi və vətəndaşların təhlükəsiz hərəkətini təmin etmək məqsədilə piyada səkilərinin inşası da nəzərdə tutulub. Hazırda istinad divarının alt hissəsində svay vurma işləri tamamlanıb. Paralel olaraq, istinad divarlarının inşası və uçqun riski olan ərazilərdə dolğu işləri həyata keçirilir. Bu mərhələnin başa çatmasından sonra mövcud asfalt örtüyünün frezlənməsi, yeni asfalt örtüyünün döşənməsi və piyada səkilərinin tikintisi işlərinə başlanılacaq. Xatırladaq ki, bir müddət əvvəl Sumqayıt şəhərini Saray qəsəbəsi ilə birləşdirən, istismar müddətini başa vurmuş və qəzalı vəziyyətdə olan 2 hərəkət zolaqlı avtomobil körpüsü Nəqliyyatı Əlaqələndirmə Şurasının qərarına əsasən sökülüb, onun yerində 4 hərəkət zolaqlı yeni körpü inşa edilib. YOLUNUZ AÇIQ OLSUN…