У нас вы можете посмотреть бесплатно Bakıda Yaşamaq Üçün ƏN YAXŞI 10 YER Hansılardır? - ŞOK OLACAQSINIZ! или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
#baki #azerbaycan #bölgə Bakıda yaşanması ən yaxşı 10 yer hansılardır? Bakı hər kəsin sevdiyi, amma bəzən də dözməkdə çətinlik çəkdiyi şəhərdir. Burada elə yerlər var ki, günün istənilən saatı səs-küydən, tıxacdan, tozdan tərpənmək olmur. Amma bir də elə ərazilər var ki, həm havası, həm infrastrukturu, sakitliyi, həm də təhlükəsizliyi ilə yaşamaq üçün ideal sayılır. Bu dəfə “Yerin Qulağı”nda Bakıda yaşamaq üçün ən yaxşı 10 yeri seçdik. Bu siyahı yalnız gözəlliyə görə deyil — tıxac, hava keyfiyyəti, səs səviyyəsi, kriminal göstəricilər, mənzil və torpaq qiymətləri, həmçinin əhalinin mədəni səviyyəsi və yaşayış rahatlığı nəzərə alınaraq hazırlanıb. Ötən dəfə Bakıda yaşamaq üçün ən pis 10 yeri etmişdim, çox ciddi rəylər yazıldı. Ona görə bu dəfə ən yaxşı 10 yeri hazırlamaq qərarı aldıq. Bakıda yaşamaq təkcə ev seçmək deyil — həyat tərzini seçməkdir. Kimisi sakitliyi, kimisi rahatlığı, kimisi də mərkəzi sevir. Amma bu 10 ərazi həm komfort, həm təhlükəsizlik, həm də keyfiyyətli mühit axtaranlar üçün Bakının ən ideal ünvanları sayılır. 10-cu yerdə Buzovna gəlir Bakının şimal-şərq hissəsində yerləşən Buzovna həm qədimliyi, həm də müasir dövrdə dinc ailə həyatı üçün seçilən ərazidir. Əhalisi 40 min nəfərdir. Buzovna özünün qədim tarixi memarlıq abidələri ilə də zəngindir. Kənddə ən qədim qəbiristanlıq “Hun qəbiristanlığı”dır. Şəhərin səs-küyündən uzaqlığı və nisbətən ucuz torpaq qiymətləri onu xüsusilə orta gəlirli ailələr üçün cəlbedici edir. Ən önəmlisi – tıxac problemi çox azdır. Hər gün mərkəzi ərazilərə gedib-gəlmək bir qədər vaxt aparsa da, sakinlər bunun əvəzində sakitlik və təmiz hava qazanırlar. Digər üstün tərəf isə dəniz sahili olmasıdır. İnsanlar şəhərdən ora yayda saatlarla yol qət edərkən, Buzovna sakinləri piyada gedirlər dənizə istirahətə. 9 - cu yer - Nəsimi metrosu ətrafı, 9-cu mikrorayon Bu ərazi həm mərkəzə yaxınlığı, həm də köhnə tikililərlə yeni binaların harmoniyası ilə fərqlənir. Burada kommunikasiya sistemi, marketlər, xəstəxanalar və nəqliyyat əlçatanlığı yüksək səviyyədədir. Əhali baxımından sakit, kriminal hadisələrin az baş verdiyi bir zonadır. Ev qiymətləri nisbətən bahadır, amma lokasiyanın rahatlığı buna dəyər. Metro ətrafında geniş park, göz xətəxanası, Məscid yerləşir. Tıxacların çox az olduğu ərazilərdəndir. Əsas yolda tıxac olanda isə, insanlar ətraf, ara məhəllə yollarından istifadə edirlər. Məhəllələr isə çox sakit, təmizliyi ilə seçilir. 8-ci yerdə - Razin, Bakıxanov gəlir Sovet dövründən qalan nizamlı planlaşdırma, geniş küçələr və yaşıl sahələr Bakıxanovu fərqləndirir. Bakıxanov qəsəbəsi Bakı şəhəri Sabunçu rayonunda yerləşir. Bura həm ailələr, həm də yaşlı nəsil üçün çox uyğundur. Qarayev prospektinə, şəhər mərkəzinə çıxış rahatdır. Bakıxanovda kriminal göstəricilər aşağı, infrastruktur isə yüksək səviyyədədir. Eyni zamanda yaşıllıq ərazinin çoxluğu ilə seçilir. Sakitliyi ilə seçilir, nəqliyyat baxımdan da əlaçatandır. Hər yerə müntəzəm avtobuslar işləyir. Əhalisi 100 min nəfərdən çoxdur. Son dövrlər məskunlaşma artıb həmin ərazidə. 7-ci yer 7–8 mikrorayonlar Əsl “Bakı həyatı”nın mərkəzi hesab edilən bu mikrorayonlar balanslı yaşayış zonası sayılır. Burada təhlükəsizlik, məktəblərin yaxınlığı, nəqliyyat rahatlığı və dostluq mühiti ön plandadır. Qiymətlər bir qədər yüksək olsa da, köhnə binalarda münasib kirayələr tapmaq mümkündür. Əhalinin sosial kontingenti sabit, mühafizəkar və sakitdir. Xüsusən 7-ci mikrorayon seçilir. Dərnəgül-Azadlıq metrosu ətraflarıdır. Dərnəgül ən sakit ərazilərdən biri sayılır. Tıxac yox, parklar çoxdur. 6-cı yerdə Qara Qarayev gəlir Qara Qarayev həm mənzil bolluğu, həm də kommersiya zonası kimi seçilir. Buranın əsas üstünlüyü — metro və yolların genişliyi. Tıxac məsələsi nisbətən nəzarətdədir, parkinq imkanları da pis deyil. Burada torpaq qiymətləri artmaqda olsa da, yaşayış binalarının müxtəlifliyi seçimi asanlaşdırır. Qarayevdə universitet yox, dövlət müəssisələri çox azdır, bu da orada sakitliyə səbəb olur. Ağacların çoxluğu ilə seçilir. Eyni zamanda infrastrukdur - Olimpiyta Stadionuna piyada getmək olur. 5-ci yer - Şüvəlan Bakıdakı ən yaşıl qəsəbələrdən biridir. Burada yaşıllıq massivləri, dəniz havası və az tikinti sıxlığı sayəsində real istirahət atmosferi hiss olunur. Ev və torpaq qiymətləri son illər qalxsa da, havasına və sakitliyinə görə dəyər. Ən çox ailəvi istirahət və bağ evi məqsədilə alınan torpaqlar burada yerləşir. Əhali sayı 30 min nəfərdən çoxdur. Şüvəlanda dəniz kənarı çimərliklər üçün olduqca əlverişlidir. Farsca "şiv" sözünün mənası eniş, "lan" isə məkan deməkdir. Şüvəlan şəhərin ən yaşıl əraziləri sayılır. Ən çox yaşıllıq massivi olan ərazilərdir. Havası da təmizdir. 4-cü yerdə Mərdəkan gəlir.