У нас вы можете посмотреть бесплатно Oğluna öz adı verilən şəhid Fəxrəddin Fərəcovun doğum günü 06/09/2021 или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Vətən müharibəsində torpaqlarımızı işğalçılardan azad edərkən şəhidlik zirvəsinə ucalan kiçik çavuş Fəxrəddin Fərəcovun xatirəsi anılıb. Qəhrəman döyüşçünün 28-ci doğum günü Xaçmazda məzarı başında qeyd olunub. Anım mərasimində şəhidin döyüş yoldaşları, ailə üzvləri, yerli icra qurumlarının nümayəndələri və Xudat sakinləri iştirak ediblər. Şəhidin məzarı üstünə gül dəstələri düzülüb, xatirəsi ehtiramla anılaraq ruhuna dualar oxunub. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olan Fəxrəddin Feyzulla oğlu Fərəcov 1993-cü il noyabrın 6-da Xaçmaz rayonunun Xudat şəhərində doğulub. Fəxrəddin Vətən müharibəsində Cəbrayıl, Füzuli, Hadrut və Xocavəndin azad olunması uğrunda qəhrəmanlıqla döyüşüb. Yaralanmasına baxmayaraq düşmənlə döyüşlərə davam edib. Qorxmaz döyüşçü oktyabrın 23-də Xocavənd istiqamətində şəhidlik zirvəsinə ucalıb. Yeddi ildən çox xidmətdə olan kiçik çavuş F.Fərəcov ölümündən sonra “Xocavəndin azad olunmasına görə”, "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Döyüşdə fərqlənməyə görə" medalları medalı ilə təltif edilib. Fəxrəddin Fərəcov ailəli idi. 2021-ci il aprel ayının 20-də ikinci oğlu dünyaya gəlib. Yeni doğulan körpəyə qəhrəman atasının adı verilib. Şəhidin digər oğlu Ümidin isə bir yaşı var.